Dövlət həmin şəxslərə pulsuz torpaq verəcək
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
İşğaldan azad olunan ərazilərdə əkinə yaralı torpaqlar heç bir icarə haqqı olmadan vətəndaşların istifadəsinə veriləcək.
Milli.Az xəbər verir ki, artıq Zəngilanın Ağalı kəndinə müraciətlər başlayıb.
Belə ki, bərəkətli torpaqlarda 70-ə yaxın vətəndaş məhsul yetişdirmək üçün müraciət edib.
İqtisadçı Xalid Kərimlinin fikrincə, azad edilən ərazilərdə kənd təsərrüfatının böyük potensialı var.
"Qaydaların tələbinə əsasən, bir illik əkinlər üçün torpaq sahələrinin icarəyə verilməsi ilkin 2 il, daha sonra 3 il artırılaraq həyata keçiriləcək. Bu onların əkin sahələrində fəaliyyətlərini izləməklə monitorinqlər olacaq. Uğurla keçən fermerlərin müqavilə müddəti uzadılacaq. Çox illik əkmələrdə isə daha uzun müddət nəzərdə tutulur. İlkin olaraq 5 il, daha sonra 15 il nəzərdə tutulur.
Azad edilən ərazilərdə kənd təsərrüfatının böyük əhəmiyyəti var. İcarə haqqı ödəmədən torpaqlardan istifadə vətəndaşların maliyyə yükünü azaldacaq, və böyük qayıdışa təsir edəcək".
Qeyd edək ki, torpaqlardan ödənişsiz istifadə yalnız Qarabağda məskunlaşan əhali üçün nəzərdə tutulur.
Aysel Əkbər
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 11 Aprel 2025 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















