Dövlət İmtahan Mərkəzində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş olub
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri və qalibləri arasında görüşlər davam edir. İyulun 25-də Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla növbəti görüşünü keçirib.
Bu bbarədə 525.az-a DİM-dən məlumat verilib.
Görüşdə Seymur Hüseynovun fərdi inkişaf proqramı əsasında cəlb olunduğu DİM-in layihələri haqqında danışılıb və fikir mübadiləsi aparılıb. Məleykə Abbaszadə proqramlaşdırma, proseslərin avtomatlaşdırılması və innovativ inkişaf sahəsində qalibin suallarını cavablandırıb və tövsiyələrini verib.
Qeyd edək ki, Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 İyul 2025 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















