Dövlət İmtahan Mərkəzinin bu etirafı gündəmi silkələyib Məzahir Məmmədli
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən blok imtahanlarının 1-ci mərhələsi ilə bağlı narazılıqlar səngimək bilmir. Həm imtahan suallarının çətinliyi, həm hansısa fənni digərindən çətin olması kimi məsələlər təhsil ictimaiyyəti tərəfindən etirazla qarşılanıb.
Bəs belə problemlərin kökündə nə dayanır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirdi ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi hər iki blok imtahanından narazılıqlar var.
"Qəribəsi də odur ki, ekspertlər kifayət qədər əsaslandırılmış faktlarla məsələ ilə bağlı çıxış edirlər. Bu çıxışlar da dayanmır, onlar DİM qarşısında səhv suallarla bağlı iddia qaldırıblar və məsələnin araşdırılmasını tələb edirlər. Və bildiyimiz kimi, DİM bu günlərdə qərar verib ki, ekspertlərin, narazılıq bildirən şəxslərin iştirakı ilə toplantı keçiriləcək. Orada geniş müzakirə aparılacaq. DİM-in son keçirdiyi 1-4 qrupların imtananında riyaziyyat suallarından birinin səhv olması ilə bağlı etirafı gündəmi silkələyib. Bu məsələdə də müəyyən qədər abituriyentlərin ziyanına olan məsələ var ki, 10-15 dəqiqəsi səhv sualın həllinə gedib", - deyə o bildirdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 03 İyun 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















