Icma.az
close
up
RU
Dövlət ittihamçısı Ermənistanın hərbi cinayətlərini sübuta yetirib

Dövlət ittihamçısı Ermənistanın hərbi cinayətlərini sübuta yetirib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası dekabrın 11-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev replikasında əvvəlcə təqsirləndirilən şəxslərin cinayətkar birlikdə rollarının mübahisələndirilməsinə dair hissə barədə danışıb. O xatırladıb ki, müdafiə tərəfinin fikrincə, cinayətkar birlik dünya təcrübəsinə əsasən, kriminal cinayətlərin törədilməsi üçün yaradılır.

Dövlət ittihamını müdafiə edən prokurorun sözlərinə görə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da təsdiqlənib ki, Birinci Qarabağ müharibəsi başlanmazdan bir neçə il əvvəl qeyd edilən cinayətkar dəstələr Ermənistan tərəfindən formalaşdırılmağa başlanmışdı. Prokuror bildirib ki, Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin əsas fiqurlarından olan hazırkı təqsirləndirilən şəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir.

Dövlət ittihamçısı vurğulayıb ki, bütün hüquqi gerçəkliklərə bələd olmalarına baxmayaraq, hazırkı təqsirləndirilən şəxslər cinayətkar birliyin qeyd edilən vahid məqsədlərinə (Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin Ermənistana birləşdirilməsinə - red.) çatmaq uğrunda öz üzərlərinə götürdükləri “funksiyalarını” icra ediblər.

V.Əliyev daha sonra deyib: “Davit Allahverdiyan, David Babayan və digər təqsirləndirilən şəxslərin Birinci Qarabağ müharibəsi dövründə yaşlarının az olması ilə bağlı və sair fikirlər səsləndirilsə də, nəzərə alınmalıdır ki, qeyd olunan dövrə dair həmin şəxslərə ittiham elan edilməyib”.

Sonra təqsirləndirilən şəxslərin müdafiəçilərinin çıxışları dinlənilib. Təqsirləndirilən şəxslər isə üstlərində silah gəzdirsələr də, cinayət törətmədiklərini və özlərini təqsirli hesab etmədiklərini bildiriblər.

Məhkəmə prosesi dekabrın 19-da davam etdiriləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri