Icma.az
close
up
RU
Dövlət Katibindən ŞOK ETİRAF: “Müharibə əslində ABŞ və Rusiya arasında gedir” KONKRET

Dövlət Katibindən ŞOK ETİRAF: “Müharibə əslində ABŞ və Rusiya arasında gedir” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Ukraynadakı münaqişə ABŞ və Rusiya arasında proksi müharibədir”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində deyib.

“Əvvəldən aydın idi ki, prezident Tramp buna uzanan, dalana dirənmiş münaqişə kimi baxır. Açığını deyim ki, bu, nüvə gücləri – Ukraynaya yardım edən ABŞ və Rusiya arasında proksi müharibədir. Ancaq bu müharibəyə son qoyulmalıdır. Savaşı dayandırmaq üçün heç kimin fikri və ya planı yoxdur. Bu gün ukraynalılar və onların Kapitoliya təpəsindəki müttəfiqləri lazım olduğu qədər dəstək verirlər. Hərçənd, bu, strategiya deyil”, – ABŞ dövlət katibi bildirib.

Rubionun sözlərinə görə, Rusiya tərəfinə gəlincə, onlar bu münaqişənin başlanğıcında açıq şəkildə çətinliklərlə üzləşiblər.

“Rusiya daha böyük ölkədir. Onlar müəyyən irəliləyiş əldə ediblər. Ancaq münaqişə dalana dirənib. Trampın etməyə çalışdığı yeganə şey sülhə gedən yolun olub-olmadığını anlamaqdır. Biz hər iki tərəfi, rusları və ukraynalıları işə cəlb etməliyik. Ancaq prezident Zelenski təəssüf ki, vitse-prezident Vensə meydan oxumaq qərarına gəldi və diplomatiya variantını şübhə altına almağa başladı. Mahiyyət etibarı ilə prezidentin planını sabotaj və alt-üst etdi. Bu isə mübahisəyə səbəb oldu”, – ABŞ dövlət katibi izah edib.

Eyni zamanda, o, məsələyə yenidən baxıldığından məmnunluğunu ifadə edib.

“Mən bu mövqenin yenidən nəzərdən keçirildiyini görməkdən şadam, çünki həqiqətən inanıram ki, münaqişəyə son qoymaq üçün bir yol tapılacaq. Bunun üçün isə hər iki tərəfdən güzəştlər tələb olunacaq, lakin biz onları danışıqlar masasına oturtmalıyıq. Aydındır ki, ukraynalılar orada olmalıdır. Bu, onların ölkəsidir. Bu masada ruslar da olmalıdır. Və bunu yalnız prezident Tramp mümkün edə bilər. Biz indi diqqətimizi buna yönəldirik”, – ABŞ dövlət katibi vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://konkret.az
archiveBu xəbər 06 Mart 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri