Dövlət Komitəsi bu ilin ilk yarısında keçirəcəyi tədbirlərə 2 milyon manat xərcləyəcək
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Komitənin bu ilin ilk yarısında keçirəcəyi tədbirlərin təşkili xidmətləri ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN – 2002644161) olub.
Qeyd edək ki, Dövlət Komitəsi tenderin qalibi olan şirkətə 1 milyon 971 min 83 manat 80 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Dövlət Komitəsi foto sərgiyə 190 min manat xərcləyəcək
17 Sentyabr 2026 14:28
Dövlət Gömrük Komitəsi məlumat sızdırılmasına qarşısının alınmasına 613 min manat xərcləyəcək
28 Aprel 2025 20:19
Dövlət Komitəsi məlumat yaydı
17 İyun 2025 19:37
Dövlət Komitəsi xəbərdarlıq etdi
29 Aprel 2026 18:30
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi memarlar üçün maarifləndirici tədbirlərə başlayıb
13 İyun 2025 11:07
Baxış sayı:111
Bu xəbər 01 Aprel 2026 19:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















