Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min manata yaxın xərcləyəcək Pop müğənnisi, steyk..
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Din xadimlərinin II Forumu ilə bağlı elan etdiyi tenderdə maraqlı məqamlar yer alıb.
Bakupost.az Teleqraf-a istnadla xəbər verir ki, 24 dekabrda keçiriləcək tədbir üçün elan edilən tenderin ehtimal olunan qiyməti 197.746,48 AZN təşkil edir.
Tədbirin paytaxtın 5 ulduzlu hotellərinin birində keçiriləcəyi nəzərdə tutulur. Əsas maraqlı məqam isə tədbirin rəsmi hissəsindən sonraya aiddir. Belə ki, Forumdan sonra ziyafət təşkil olunacaq. Elan edilən tenderdə ziyafətə muğam üçlüyünün dəvət olunması ilə yanaşı, tanınmış ifaçılarının ifası tələbi yer alıb. Muğam ifaçılarının dini foruma dəvət olunması normal hal hesab edilsə də, din xadimlərinin iştirakı ilə keçiriləcək ziyafətə populyar müğənnilərin dəvət olunması birmənalı qarşılanmır.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin elan etdiyi tenderdə bu tələb olduğu kimi qeyd edilib: “Tədbir günü axşam Bakı şəhərində səviyyəli restoranların birində şam yeməyinin təşkili”.
Menyuda üç növ isti yemək təqdim olunacaq ki, bunlardan biri də steykdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















