Icma.az
close
up
RU
Dövlət Komitəsi əsir və itkin düşmüşlərin ailələrinə müraciət etdi

Dövlət Komitəsi əsir və itkin düşmüşlərin ailələrinə müraciət etdi

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.

Bu barədə “Qafqazinfo”ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Qeyd edilib ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilmiş, onların müraciətləri və qaldırdığı məsələlərə baxılmış, zəruri tədbirlər görülmüş, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılmış, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib:

“BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq.

Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.

İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar [email protected] elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.

Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see342

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see331

Formula 1 ə görə bağlanan bütün yollar açıldı

22 Sentyabr 2025 09:50see187

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see138

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see137

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see132

Bakı metrosunda HADİSƏ: Qatarda konstruksiya qırıldı

22 Sentyabr 2025 08:44see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see126

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Medvedevin hədəsi gündəmdə: NATO ya yeni xəbərdarlıq gəldi

22 Sentyabr 2025 09:50see124

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see123

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see123

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see122

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see121

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see120

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri