Icma.az
close
up
RU
Dövlət Komitəsi Gürcüstanın Rustavi şəhərində iftar mərasimi təşkil edib

Dövlət Komitəsi Gürcüstanın Rustavi şəhərində iftar mərasimi təşkil edib

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Martın 16-da Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Gürcüstanın Rustavi şəhərində iftar mərasimi təşkil edilib.

Mərasimdə Azərbaycan və Gürcüstanın müvafiq qurumlarının nümayəndələri, Gürcüstan parlamentinin deputatları, yerli icra orqanlarının rəhbərləri, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin və Gürcüstan Patriarxlığının təmsilçiləri, din xadimləri və icma üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xaricdə yaşayan soydaşlarımızla bağlı belə bir tədbirin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, iki dövlət arasında tarixin sınaqlarından çıxmış qarşılıqlı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Faiq Quliyev bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar öz milli və dini adət-ənənələrinə sıx bağlıdırlar. Milli-mənəvi dəyərlərin qorunması, təşviqi, gələcək nəsillərə də ötürülməsi üçün müxtəlif dərnəklər, cəmiyyətlər fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov vurğulayıb ki, biz eyni regionda əsrlər boyu yaşamış xalqlar kimi ümumi mədəni dəyərləri bölüşürük. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda çoxmillətli və çoxkonfessiyalı ölkələr kimi tanınırlar. Bu mənada, multikulturalizm və tolerantlıq iki xalqı birləşdirən ortaq dəyərlərdir. Komitə sədri əlavə edib ki, bu dəyərlər xalqlarımızın milli sərvətləri kimi qəbul edilir. Bugünkü iftar məclisi xalqlarımızın yüzilləri əhatə edən dostluğunun, dövlətlərimizin strateji tərəfdaşlığının təsdiqi olmaqla yanaşı, həm də tolerantlıq kimi ümumbəşəri dəyərləri bölüşdüyümüzün təcəssümüdür. R.Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasəti hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz tarixi vətəni ilə mənəvi bağlarının gücləndirilməsinə xidmət edir. Xaricdə yaşayan azərbaycanlılar arasında dini maarifləndirmə işinin təşkili, milli-mənəvi dəyərlərin təbliği ilə bağlı layihələrin həyata keçirilməsi ilə əlaqədar təşəbbüslər soydaşlarımız arasında birliyin möhkəmləndirilməsinə, onların Azərbaycanla mənəvi bağlarının gücləndirilməsinə töhfə verir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev çıxışında eyni coğrafi bölgədə yaşayan xalqlarımız arasındakı əlaqələrin qədim və zəngin tarixə malik olduğunu bildirib. Ölkələrimizin əməkdaşlığının iqtisadi, sosial və siyasi baxımdan nümunəvi xarakter daşıdığını, bu cür yüksək mənəvi dəyəri olan tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini qeyd edb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin Departament rəhbəri Davit Davitaşvili çıxışında bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların vətəndaş hüquqları konstitusiya ilə qorunur və onlar müxtəlif dövlət və hökumət strukturlarında, qanunverici orqanda, yerli icra qurumlarında təmsil olunur, ictimai həyatda yaxından iştirak edirlər. Davit Davitaşvili dövlətin müsəlman əhalinin dini etiqad azadlığına hörmətlə yanaşdığını, bütün icmaların qarşılıqlı anlayış və tolerantlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb.

Rustavi şəhərinin meri Nino Latsabidze Ramazan ayı münasibətilə müsəlmanları təbrik edərək, Gürcüstanda, eləcə də Rustavi şəhərində hökm sürən qarşılıqlı hörmət və tolerantlıq mühitinin əhəmiyyətinə diqqət çəkib.

Gürcüstan Parlamentinin deputatı İrakli Satakişvili, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Məhəmməd Şamilov Ramazan ayının İslam aləmi üçün önəmi, həmçinin verilən iftar süfrəsinin həmrəyliyi, dostluq və əməkdaşlığı təşviq etməsi barədə danışıblar.

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunduqdan sonra mərasim iştirakçıları üçün iftar süfrəsi açılıb.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Mart 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri