Icma.az
close
up
RU
Dövlət Komitəsi ilin ən yaxşı memarlarını “Təməl” mükafatı ilə təltif edib

Dövlət Komitəsi ilin ən yaxşı memarlarını “Təməl” mükafatı ilə təltif edib

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Bu gün 19 il öncə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsis edilən ötən ilin ən uğurlu memarlıq layihələrinin mükafatlandırılması mərasimi keçirilib.

BAKU.WS xəbər verir ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilərək Komitə tərəfindən ilk dəfə təşkil edilmiş ən yaxşı memarların mükafatlandırılması mərasimi bundan sonra hər il "Təməl" Mükafatı adı altında təşkil ediləcək.

Təşəbbüsün məqsədi il ərzində seçilmiş müəlliflərin (memarların) yaradıcı layihələrinin müvafiq peşəkarlıq meyarlarına əsasən qiymətləndirilməsi, memarlıq sənətinin inkişaf etdirilməsi və bununla da yaşayış məntəqələrində şəhərsalma mühitinin və həyat keyfiyyətinin daha da yaxşılaşdırılmasına təkan verməkdir.

Mərasimdə açılış nitqi ilə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir şəhərsalma və memarlıq siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi xüsusi diqqəti və qayğısı sayəsində uğurla davam etdirildiyini vurğulayıb.

O, son illər ərzində bu sahədə mühüm struktur və qanunvericilik islahatlarının həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. Komitə sədri "Təməl" mükafatının Azərbaycanda memarlığın inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu və məhz bu səbəbdən mükafatın rəmzi adının seçildiyini qeyd edib.

"Memarlıq yalnız estetik gözəllikdən ibarət deyil, həm də mədəni irsimizin və gələcək nəsillərin yaşam mühitinin formalaşmasında əvəzsiz rol oynayır. Həmçinin, memarlıq vasitəsilə şəhərlərin ruhu, tarixi dəyərlər və innovativ yanaşmalar birləşərək, unikal urbanistik məkanların yaranmasına şərait yaradılır. Hər il təşkil olunacaq bu mərasim, memarlıq dünyasında yeni fikirlərin, qabaqcıl layihələrin və texnoloji yeniliklərin dəstəklənməsində mühüm vasitəyə çevriləcək, dövlət siyasətinə uyğun olaraq memarlığın və şəhərsalmanın təməl prinsiplərinin qorunmasına töhfə verəcək",- A. Quliyev  deyib.

Tədbirdə həmçinin Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, münsiflər heyətinin sədri, əməkdar memar İlqar İsbatov, həmçinin münsiflər heyətinin üzvü, əməkdar memar Nəriman İmaməliyev çıxış edərək bu təşəbbüsün müasir şəhər mühitinin yaradılması, memarlıq ənənələrinin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyətini qeyd ediblər.

Daha sonra qaliblərə "Təməl" mükafatı, habelə bir sıra digər seçilmiş layihə müəlliflərinə müvafiq diplomlar təqdim edilib.

Eyni zamanda, Memarlar İttifaqının təşəbbüsü ilə ötən ilin ən gənc memarı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Dövlət Layihə İnstitutunun əməkdaşı 23 yaşlı Jalə Hüseynovanın fəaliyyəti xüsusi qeyd edilərək Elbay Qasımzadə tərəfindən müvafiq qaydada təltif edilib.

Qeyd edək ki,  6 nominasiya üzrə ötən il ərsəyə gəlmiş ümumilikdə 93 layihədən 13 ən uğurlu layihə təltif edilib.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Fevral 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri