Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Dövlət Komitəsi myGov platformasına inteqrasiya olunub FOTOLAR

Dövlət Komitəsi myGov platformasına inteqrasiya olunub FOTOLAR

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin dövlət xidmətlərinin “myGov” elektron hökumət portalı üzərindən həyata keçirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də məqsədyönlü iş aparır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.

"Unikal" xəbər verir ki, Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri komitənin daxili elektron sənəd dövriyyəsi sistemi (ESD) ilə myGov platforması arasında inteqrasiyanın başa çatdırılmasıdır. Bu ilin aprel ayından tətbiqinə başlanan yeni elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, indiyədək ərizə, müraciət, təkliflərlə bağlı vətəndaşlar poçt, elektron resurslar ( elektron poçt, Dövlət Komitəsinin rəsmi facebook və instagram hesablarının mesaj bölməsi), yaxud müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəlikləri vasitəsi ilə komitəyə müraciət edirdilər. “MyGov” platformasına inteqrasiya vətəndaşlara, heç bir yerə getmədən, internet üzərindən müraciət etmək və cavab almaq imkanı verir. Bunun üçün “myGov” portalında şəxsi kabinetə 5 üsuldan birini seçməklə ( “İdentifikasiya nömrəsi ilə”, “SİMA Rəqəmsal İmza”, “SİMA Token (Elektron İmza)”, “ASAN İmza”, “Elektron İmza”, “BSXM – Elektron İmza”) daxil olmaq mümkündür.

Bu xidmətlərdən istifadə ilə bağlı “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.  

Portala daxil olduqdan sonra Ana səhifədə yerləşən müraciət bölməsindən “Dövlət qurumlarına müraciət” seçilir. Açılan bölmədə “Müraciət et” düyməsi klik edilir. Dövlət qurumlarının siyahısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi seçilir, “müraciətin tipi” - ərizə, şikayət, təklif, sorğu - müəyyənləşdirilir. Daha sonra müraciət mətni daxil edilir. Müraciətə əlavə edilməsi istənilən digər sənədlərin zəruri bölməyə yükləndikdən sonra “Davam et” düyməsi seçilir. Bu zaman vətəndaşın fərdi elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilir. 

Müraciət birbaşa komitənin daxili ESD sisteminə daxil olur, burada qeydiyyata alınaraq aidiyyəti struktur bölmələr üzrə icraya yönləndirilir. Müraciətlərə baxıldıqdan sonra hazırlanmış cavablar isə sistem üzərindən yenidən vətəndaşın “myGov” platformasındakı şəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaş müraciətinin qəbulu, icrası və cavablandırılması üzrə vahid, çevik və şəffaf elektron mübadilə mexanizmi formalaşdırılmış olur.

Sözügedən inteqrasiya “Böyük Qayıdış” Proqramının məqsədləri baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, azad edilmiş ərazilərə qayıdan və qayıdış prosesinə cəlb olunan vətəndaşların dövlət xidmətlərinə operativ çıxışının təmin olunması, onların müraciətlərinin çevik və sistemli qaydada qəbul edilməsi, sosial və inzibati məsələlərin elektron qaydada daha rahat həll olunması, ümumilikdə qayıdış və uyğunlaşma prosesinin daha səmərəli təşkili baxımından bu inteqrasiya praktiki əhəmiyyətə malikdir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərinin müasir rəqəmsal platformalar üzərindən qurulmasını gücləndirməklə “Böyük Qayıdış” Proqramının icrasına da əlavə dəstək verir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 Aprel 2026 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri