Dövlət Komitəsi sədrinin qaynanası ilə bağlı araşdırma aparılacaq RƏSMİ
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən araşdırma aparılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə BŞTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib.
Xəbər verdiyimiz kimi, sözügedən məktəbin ingilis dili müəlliməsi Leyla Hüseynova direktorun müəllimləri əsassız ittihamlarla üz-üzə qoyduğunu bildirib. Onun sözlərinə görə, Z.Məsiyeva müəllimlərə qarşı davamlı şəkildə təhqiredici münasibət göstərir, iş mühitini dözülməz hala gətirir. O qeyd edib ki, direktor müəllimlərin dərs otağında onları təhqir edərək videoya çəkib və "bura donuzxanadır" kimi ifadələr işlədib.
Bu arada, Zemfira Məsiyevanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qaynanası olmasıyla bağlı xəbər yayılıb. Bu iddia ilə Ajans.az saytı çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 31 İyul 2025 23:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















