Dövlət Komitəsində Azərbaycan ədəbi dilinin düzgün tətbiqinə dair görüş keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor İlham Tahirov dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən görüşdə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Dövlət Komitəsinin və tabeliyindəki qurumların əməkdaşlarının iştirak etdikləri görüşdə professor İlham Tahirov Azərbaycan dilinin saflığının qorunması istiqamətində qəbul edilən dövlət proqramlarının önəminə toxunub. O, dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin, eyni zamanda, dili yad ünsürlərdən qorumağın vacibliyi haqqında danışıb.
Görüşdə, həmçinin dilimizin normalarına uyğun olmayan anlayışlar və mövzu ilə əlaqədar digər praktiki məlumatlar verilib, fikir mübadiləsi aparılıb.
Baxış sayı:61
Bu xəbər 06 May 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















