Icma.az
close
up
RU
Dövlət Komitəsində “Etnik təmizləmənin dörd mərhələsi” kitabının müəllifi ilə görüş keçirilib

Dövlət Komitəsində “Etnik təmizləmənin dörd mərhələsi” kitabının müəllifi ilə görüş keçirilib

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Qərbi Azərbaycandakı tarixi torpaqlarından azərbaycanlıların məcburi departasiyası, əslində, etnik təmizlənməsi ötən yüzillikdə dörd mərhələdə həyata keçirilib və həmin ərazidə monoetnik erməni dövlətinin yaradılması, onun ərazisinin genişləndirilməsi məqsədi daşıyıb. Dəhşətli cinayətlərlə, qəddarlıq və vəhşiliklərlə müşayiət olunun kütləvi köçürülmə kampaniyaları arasındakı dövrlərdə də azərbaycanlı əhaliyə qarşı təxribatlar, mənəvi-fiziki təzyiqlər davam etdirilib. Bu barədə tarixi həqiqətlərin daha fəal şəkildə beynəlxalq ictimaiyyətə, həmçinin xalqımızın gənc nəsillərinə çatdırılması vacibdir. ABŞ-də yaşayan və orada elmi-pedaqoji fəaliyyətlə məşğul olan siyasətşünas alim Əli Əskərin “Etnik təmizləmənin dörd mərhələsi” kitabı da belə mühüm bir missiyanı yerinə yetirir. Kitab orijinalı ingilis dilində olan monoqrafiyadan ixtisarla tərcümə edilib.
Newscenter.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kitabın müəllifi ilə görüş keçirilib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda Bakı şəhərində təşkil etdiyi II beynəlxalq konfransın iştirakçılarına müraciətini xatırladan Dövlət Komitəsinin sədri Rövşən Rzayev xalqımızın əsrlər boyu öz dədə-baba torpaqlarında yaşayaraq, zəngin mədəni irs yaratdığını vurğulayıb. O yerlərə əsl sahiblərinin – azərbaycanlıların qayıdacağı barədə Ulu Öndər Heydər Əliyevin vaxtilə söylədiyi fikirlərə istinad edən komitə sədri xalqımızın tarixi yaddaşının buna əsas verdiyini bildirib. Vətənpərvər alim kimi Əli Əskərin də məhz milli mənəvi irsdən və tarixi yaddaşdan faydalanaraq obyektiv elmi araşdırmalar apardığı, tutarlı faktlar və dəlillərlə erməni millətçilərinə cavab verdiyi qeyd edilib.
Müəllif görüşdəki çıxışında məcburi deportasiyaya məruz qalmış bir ailənin övladı olaraq bu mövzunu araşdırmağı, tarixi həqiqətlərin açılmasına erməni tarixçilərinin və publisistlərinin öz etirafları əsasında nail olmağı qarşıya məqsəd qoyduğunu deyib. Bildirib ki, azərbaycanlılara qarşı ermənilərin apardığı deportasiya siyasəti və genişmiqyaslı zorakılıqlar son nəticədə Qarabağın dağlıq hissəsini Azərbaycandan ayıraraq, Ermənistana birləşdirmək cəhdləri ilə sıx bağlı olub. Kitabda bu tezis ətraflı şəkildə şərh edilir. Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə göstərdiyi həssas münasibəti yüksək qiymətləndirən Əli Əskər dövlətimizin güclü dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığını vurğulayıb.
Görüşdə kitabın tarixi əhəmiyyəti, onun nəşrinin Azərbaycan cəmiyyətinin, xüsusən gənclərin maarifləndirilməsi baxımından vacibliyi bir daha qeyd edilib.
Görüşdə komitə əməkdaşları ilə yanaşı əslən Qərbi Azərbaycandan olan bir qrup ziyalı da iştirak edib. Ertəsi günü isə müəllifin həmyerliləri, Amasiya rayonunun Qaraçanta kəndi icmasının üzvləri paytaxtın kütləvi tədbirlər keçirilən məkanlarından birində kitabın müzakirəsinə yığışıblar. Əli Əskər onunla görüşə gəlmiş icma üzvlərinə həm Qərbi Azərbaycandan soydaşlarımızın məcburi deportasiyası ilə bağlı apardığı araşdırmalar, həm də diaspor fəaliyyəti haqqında məlumat verib. İcma üzvləri doğma yerlərlə bağlı xatirələrini bölüşüb, kitabla bağlı fikirlərini, təəssüratlarını səsləndiriblər.
Xatırladaq ki, kitab Qaçqınların və Məcburi Köçünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası çərçivəsində təbliğat və məlumatlandırma məqsədi ilə hazırlanıb və nəşr olunub.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Dekabr 2024 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri