Icma.az
close
up
RU
Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Dövlət Komitəsində Qərbi Azərbaycanla bağlı kitabın təqdimat mərasimi keçirilib

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qərbi Azərbaycan irisi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, Dövlət Komitəsinin sədri tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. O həmçinin qeyd edib ki, Qərbi Azərbaycanda soydaşlarımıza qarşı beynəlxalq hüquqazidd əməllər törədən və cəzasız qalan Ermənistan 30 ildən çox torpaqlarımızın da bir hissəsini işğal altında saxlamışdı. Dövlətimizin başçısının qətiyyətli və uzaqgörən siyasəti, şanlı Ordumuzun rəşadəti nəticəsində işğala son qoyulub, separatizmin kökü kəsilib. Ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması məcburi köçkün həmvətənlərimizin öz doğma yurdlarına qayıdışına şərait yaranıb. Hazırda soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı məsələsi də regional və beynəlxalq platformalarda müzakirə olunur, bu istiqamətdə hərtərəfli iş aparılır.
Daha sonra Komitə sədrinin müavini Fuad Hüseynov, Regional idarəetmə və status şöbəsinin müdiri Sənan Hüseynov və Təşkilat-nəzarət və analitika şöbəsinin müdiri Nizami Hüseynov, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev çıxış edərək kitabı yüksək qiymətləndiriblər. Azərbaycanlılara qarşı törədilmiş zorakılıqlara və amansız deportasiyaya, xalqımızın Qərbi Azərbaycanda tarixi-mədəni irsinin məhv edilməsinə görə Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılacağına, on minlərlə soydaşımızın doğma torpaqlara qayıtmaq hüququnun təmin ediləcəyinə inam vurğulanıb.
Kitab iki hissədən ibarətdir. Birinci hissəsində hesabatın məqsədi və tədqiqatın predmeti müəyyən edilib, tədqiqatın metodologiyasından bəhs olunub. İkinci hissəsində isə Qərbi Azərbaycanın hər bir rayonu üzrə qruplaşdırılmış qəbiristanlıqların yerləşdiyi kəndlərin tarixi inkişafı, demoqrafik göstəriciləri, kəndlə bağlı toponimik və inzibati dəyişikliklər, əhalinin köç və deportasiya prosesi, qəbiristanlıq və digər mədəni irs obyektlərinin mövcud vəziyyəti sistemli şəkildə təqdim edilir.
Tədbirdə, həmçinin Qərbi Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.
Xatırladaq ki, kitabın I cildi seriyanın ilk nəşridir və bu seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. Kitab Azərbaycan, ingilis, rus dillərində çap edilib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri