Icma.az
close
up
RU
Dövlət Komitəsində sosial media blogerləri ilə görüş keçirilib AZƏRTAC

Dövlət Komitəsində sosial media blogerləri ilə görüş keçirilib AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 20 sentyabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sosial media blogerləri ilə görüş keçirilib.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin blogerlərlə əməkdaşlığı çərçivəsində hazırlanan “Cins seçiminə yox deyək” mövzusunda videoçarx nümayiş etdirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasının cəmiyyət üçün aktuallığına diqqət çəkərək bu həssas mövzuda çağırışların cəmiyyətə çatdırılması işində dəstək göstərdiklərinə görə sosial media fəallarına təşəkkürünü bildirib. O, cəmiyyətdə informasiya yaymaq, eləcə də ictimai mövqe formalaşdırmaq, ictimaiyyəti məlumatlandırmaq baxımından sosial medianın əhəmiyyətini və bu istiqamətdə blogerlərin fəaliyyətinin vacibliyini qeyd edib, komitənin fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdırıb.

Komitə sədri erkən nikah, məişət zorakılığı və gender əsaslı zorakılıq, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhalinin maarifləndirilməsi, sosial şəbəkələr vasitəsilə hüquqların təşviqi məsələsində bütün blogerləri aktiv olmağa çağırıb.

“2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planında jurnalist və blogerlərlə əməkdaşlıq istiqamətlərinə diqqət çəkən B.Muradova yeni hədəflərin müəyyən edildiyini və müxtəlif mövzulu layihələrin nəzərdə tutulduğunu bildirib. O, blogerlərin potensialını sosial məsələlərə yönəltməklə cəmiyyətdə mənfi halların aradan qaldırılması, sağlam düşüncənin formalaşdırılması prosesinə onların öz töhfələrini verəcəyinə inamını ifadə edib.

Görüşdə çıxış edən blogerlər Dövlət Komitəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayaraq, birgə fəaliyyətin daha səmərəli və intensiv olması istiqamətində təkliflərini səsləndiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri