Icma.az
close
up
RU
Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov a inteqrasiya edilib

Dövlət Komitəsinin elektron sənəd dövriyyəsi myGov a inteqrasiya edilib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin daxili elektron sənəd dövriyyəsi sisteminin (ESD) myGov platformasına inteqrasiyası başa çatdırılıb.

Bu barədə APA-ya Komitənin Mətbuat xidmətindən məlumat verilib.

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin dövlət xidmətlərinin “myGov” elektron hökumət portalı üzərindən həyata keçirilməsi ilə bağlı verdiyi tapşırığa uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi də məqsədyönlü iş aparır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır, şəffaflıq mühiti yaradılır.

Dövlət Komitəsi ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri komitənin daxili elektron sənəd dövriyyəsi sistemi (ESD) ilə myGov platforması arasında inteqrasiyanın başa çatdırılmasıdır. Bu ilin aprel ayından tətbiqinə başlanan yeni elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, indiyədək ərizə, müraciət, təkliflərlə bağlı vətəndaşlar poçt, elektron resurslar ( elektron poçt, Dövlət Komitəsinin rəsmi facebook və instagram hesablarının mesaj bölməsi), yaxud müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəlikləri vasitəsi ilə komitəyə müraciət edirdilər. “MyGov” platformasına inteqrasiya vətəndaşlara, heç bir yerə getmədən, internet üzərindən müraciət etmək və cavab almaq imkanı verir. Bunun üçün “myGov” portalında şəxsi kabinetə 5 üsuldan birini seçməklə ( “İdentifikasiya nömrəsi ilə”, “SİMA Rəqəmsal İmza”, “SİMA Token (Elektron İmza)”, “ASAN İmza”, “Elektron İmza”, “BSXM – Elektron İmza”) daxil olmaq mümkündür.

Bu xidmətlərdən istifadə ilə bağlı “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.

Portala daxil olduqdan sonra Ana səhifədə yerləşən müraciət bölməsindən “Dövlət qurumlarına müraciət” seçilir. Açılan bölmədə “Müraciət et” düyməsi klik edilir. Dövlət qurumlarının siyahısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi seçilir, “müraciətin tipi” - ərizə, şikayət, təklif, sorğu - müəyyənləşdirilir. Daha sonra müraciət mətni daxil edilir. Müraciətə əlavə edilməsi istənilən digər sənədlərin zəruri bölməyə yükləndikdən sonra “Davam et” düyməsi seçilir. Bu zaman vətəndaşın fərdi elektron poçt ünvanı və əlaqə nömrəsi qeyd edilir.

Müraciət birbaşa komitənin daxili ESD sisteminə daxil olur, burada qeydiyyata alınaraq aidiyyəti struktur bölmələr üzrə icraya yönləndirilir. Müraciətlərə baxıldıqdan sonra hazırlanmış cavablar isə sistem üzərindən yenidən vətəndaşın “myGov” platformasındakı şəxsi kabinetinə göndərilir. Beləliklə, vətəndaş müraciətinin qəbulu, icrası və cavablandırılması üzrə vahid, çevik və şəffaf elektron mübadilə mexanizmi formalaşdırılmış olur.

Sözügedən inteqrasiya “Böyük Qayıdış” Proqramının məqsədləri baxımından da xüsusi əhəmiyyət daşıyır. Belə ki, azad edilmiş ərazilərə qayıdan və qayıdış prosesinə cəlb olunan vətəndaşların dövlət xidmətlərinə operativ çıxışının təmin olunması, onların müraciətlərinin çevik və sistemli qaydada qəbul edilməsi, sosial və inzibati məsələlərin elektron qaydada daha rahat həll olunması, ümumilikdə qayıdış və uyğunlaşma prosesinin daha səmərəli təşkili baxımından bu inteqrasiya praktiki əhəmiyyətə malikdir. Bu yanaşma dövlət-vətəndaş münasibətlərinin müasir rəqəmsal platformalar üzərindən qurulmasını gücləndirməklə “Böyük Qayıdış” Proqramının icrasına da əlavə dəstək verir", - məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Aprel 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri