Dövlət layihəsidir deyib, əllərində bayraq edirlər İlkindən etiraz
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Aparıcı İlkin Həsəni dövlət layihələrinin və tenderlərin büdcəsini mənimsəyib, influenserlərdən pulsuz dəstək istəyən bəzi reklam agentliklərini kəskin tənqid edib.
Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək bunları deyib:
"Son zamanlar bu, artıq bir tendensiya halını alıb. Çox gözəl münasibətlərimiz olan bəzi reklam agentlikləri var ki, dövlət sifarişini alırlar, tenderdə qalib gəlirlər. Bu, hansısa komitə, agentlik və ya qurum ola bilər. Sosial yönümlü hansısa bir layihə üçün başlayırlar bəzi influenserlərə, blogerlərə, tanınmış şəxslərə müraciət etməyə. 'Bunu dövlət edir, bu, dövlət sifarişidir, dövlət layihəsidir' deyib, bunu əllərində bayraq edirlər və tanınmış insanlardan onlar üçün ödənişsiz dəstək gözləyirlər. Tenderdə iştirak edirsiniz, lap yaxşı, qalib olursunuz, ondan da yaxşı. Amma nəzərə alın ki, bu işlər belə görülmür. Artıq zamanə dəyişib. Sağ olun".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 08 İyul 2026 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















