Dövlət məktəblərində İncilin tədrisi məcburi OLACAQ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Texas ştatı dövlət məktəblərində yeni məcburi oxu proqramını təsdiqləyib.
Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, ingilis dili və ədəbiyyatı dərslərində İncilin seçilmiş hissələri məcburi tədris materialları siyahısına daxil ediləcək.
Texas Ştat Təhsil Şurası qərarı 9 lehinə, 5 əleyhinə səslə qəbul edib. Yeni proqramın 2030-cu ildən etibarən mərhələli şəkildə tətbiq olunacağı və 5 milyondan çox dövlət məktəbi şagirdini əhatə edəcəyi bildirilir.
Qərarı dəstəkləyənlər İncilin ABŞ-nin tarixi, mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından mühüm mənbə olduğunu vurğulayırlar. Onların fikrincə, müqəddəs kitabdan seçilmiş mətnlərin tədrisi şagirdlərin ölkənin mədəni irsini daha yaxşı anlamasına kömək edəcək.
Bununla yanaşı, qərar ABŞ-də müzakirələrə səbəb olub. Tənqidçilər hesab edirlər ki, dövlət məktəblərində İncil parçalarının məcburi tədrisi ölkə Konstitusiyasında təsbit olunmuş din və dövlətin ayrılığı prinsipinə ziddir və digər dini inanclara mənsub və ya dinsiz şagirdlərin hüquqlarına təsir göstərə bilər.
Qeyd olunur ki, qərar şagirdləri dini ayinlərdə iştirak etməyə və ya ibadət etməyə məcbur etmir. Məcburilik yalnız İncilin seçilmiş hissələrinin ədəbiyyat və dil proqramı çərçivəsində tədris olunmasına aiddir.(azedu)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 27 İyun 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















