Dövlət məktəblərində xarici dildə oxumaq istəyən şagirdlərin NƏZƏRİNƏ
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiq edilib.
"Unikal" Trend-ə istinadən xəbər verir ki, müsahibələr müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və ya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələri tərəfindən həyata keçiriləcək.
Müsahibələrin keçirilməsi məqsədilə müvafiq olaraq nazirlik və ya yerli bölmələr tərəfindən hər il aşağıdakı tərkibdə müsahibə komissiyaları yaradılacaq:
ibtidai təhsil səviyyəsində – tədris dili üzrə 3 nəfər ibtidai sinif müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraq nazirlik və ya yerli bölmənin əməkdaşı və psixoloq cəlb olunmaqla); ümumi orta və tam orta təhsil səviyyələrində – tədris dili üzrə 2 nəfər müəllim və həmin dil üzrə 1 nəfər riyaziyyat müəllimindən ibarət (müşahidəçi qismində müvafiq olaraq nazirlik və ya yerli bölmənin əməkdaşı cəlb olunmaqla).Uşağın (şagirdin) valideyni və ya digər qanuni nümayəndəsi onun müsahibədə iştirakı məqsədilə Elektron Hökumət İnformasiya Sistemində (EHİS) qeydiyyatdan keçəcək və ona EHİS-də elektron kabinet açılacaq. Ərizəçi elektron kabinetə daxil olaraq elektron ərizəni dolduracaq və onu təsdiq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 27 Aprel 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















