Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində yeni təyinatlar olub.
Axar.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Agentliyin Təhlil və strateji planlaşdırma departamentinin Strateji planlaşdırma şöbəsinə Günel Həsənzadə müdir təyin edilib.
Həmçinin İnsan resursları departamentinin İşə qəbul və planlama şöbəsinə Gülnarə Cəfərli, Sənədlərlə iş və vətəndaş qəbulu departamentinin Sənədlərlə iş şöbəsinə Orxan Şıxəliyev və İnzibati departamentin Satınalma şöbəsinə Camal Nəhmətov müdir təyin olunublar.
Eyni zamanda, Beynəlxalq əlaqələr və layihələr departamentinin Tədbirlərin təşkili şöbəsinin müdiri Röyal Lətifli işdən çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 11 Fevral 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















