Icma.az
close
up
RU
Dövlət milyonlarla xərc çəkib texnika aldı, qarı yenə JEK işçiləri təmizlədi

Dövlət milyonlarla xərc çəkib texnika aldı, qarı yenə JEK işçiləri təmizlədi

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər paytaxt və rayonlara yağan qar səbəbindən yolların təmizlənməsi və nəqliyyatının rahat hərəkətinin təmin edilməsi zərurətə çevrildi. Bu səbəbdən də yollara, səkilərə qum və duz səpilib. Lakin sosial şəbəkələrdə yayılan görüntülər birmənalı qarşılanmadı. Belə ki, yolları qardan təmizləyən, qum, duz tökənin texnika deyil, insanların olduğu narahatlıq yaradıb.

İctimaiyyət sual verir ki, dövlətin milyonlarla xərc çəkib aldığı qartəmizləyən, yol duzlayan texnikalar hardadır ki, bellə, kürəklə qum səpilir, qar təmizlənir?!

Globalinfo.az aidiyyəti qurumlara sorğu ünvanlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) saytımıza bildirilib ki, bir neçə gündür hava şəraiti ilə əlaqədar Bakı şəhərinin rayonlarının icra hakimiyyətləri, kommunal xidmətləri gücləndirilmiş iş rejimində çalışırlar:

“İntensiv yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar olaraq gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib. Bu işlər gün ərzində davam etdirilir. Dünən səhər saatlarından kommunal xidmətlərin əməkdaşları metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai iaşə, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə texniki duz səpilməsi və digər təmizlik işlərini həyata keçirillər”.

Abşeron RİH-dən isə işlərin mövcud texnikalarla aparıldığı bildirilib:

“Hava şəraiti ilə əlaqədar Abşeron rayonunda küçə və prospektlərə qum və duzun səpilməsi, yolların təmizlənməsi işləri mövcud texnikalarla həyata keçirilib. Hazırda da bu işlər davam etdirilir. Müasir texnikaların alınması istiqamətində də aidiyyəti üzrə müraciət olunub”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri