Icma.az
close
up
RU
Dövlət müdaxiləsi nəticə verdi Azərbaycanda ailə modeli dəyişir

Dövlət müdaxiləsi nəticə verdi Azərbaycanda ailə modeli dəyişir

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda nikahdankənar doğumların sayında qeydə alınan azalma meyli cəmiyyətdəki sosial və demoqrafik dəyişikliklərdən xəbər verir. 2022–2025-ci illəri əhatə edən rəsmi statistika bu sahədə davamlı eniş dinamikasının olduğunu təsdiqləyir. Ailə modelində baş verən yeniliklər və sosial davranışların formalaşması bu tendensiyanın əsas səbəbləri kimi diqqət çəkir.
Məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlı Demokrat.az-a bildirib ki, nikahdankənar doğumların sayının azalması müsbət haldır. Ekspert bu dəyişikliyi dövlət orqanlarının həyata keçirdiyi ardıcıl tədbirlərlə əlaqələndirir. Onun sözlərinə görə, bir çox uşaq faktiki ailələrdə dünyaya gəlsə də, rəsmi nikah olmadığı üçün statistikada nikahdankənar kimi qeyd olunur.
"Bu da son dövrlərdə dövlətin müvafiq orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə bağlıdır. Məsələ ondadır ki, bir çox hallarda bu vəziyyət normal kimi qəbul olunur. Çünki bəzi uşaqlar ailə qurulması əsasında dünyaya gəlir, sadəcə nikah rəsmi şəkildə qeydiyyata alınmadığı üçün həmin doğumlar nikahdankənar kimi statistikamıza düşür. Çox böyük əksəriyyət bu kateqoriyaya aiddir. Digər hallarda isə fərqli səbəblər mövcuddur və onların da sayı azaldılmalı, bu sahədə nəzarət gücləndirilməlidir. Həm Ailə, Qadın və Uşaq Komitəsi, həm də digər dövlət qurumları tərəfindən bu istiqamətdə nəzarət artırılmalıdır. Çünki nikahsız ailə hüquqi baxımdan bir sıra problemlərlə üzləşir. Bu problemlər həm tərəfləri, həm də sonrakı mərhələdə uşaqları əhatə edir", - deyə Elçin Bayramlı vurğulayıb.
Sosioloq qeyd edir ki, rəsmi nikahın olmaması boşanma zamanı ciddi mülki və hüquqi mübahisələrə yol açır. Sənədləşmə işlərində yaşanan çətinliklər uşaqların gələcək təhsil və məşğulluq imkanlarına da mənfi təsir göstərir.
"Eyni zamanda sənədləşmə proseslərində, uşaqların təhsili, məşğulluğu və digər sosial məsələlərlə bağlı müraciətlər zamanı çətinliklər ortaya çıxır. Bir çox sahədə bu problem özünü göstərir. Ona görə də insanlar başa düşməlidir ki, rəsmi nikah çox vacibdir. Dövlət tərəfindən qeydə alınan qanuni nikahdan sonra ailə qurmaq və uşaq dünyaya gətirmək daha doğru və təhlükəsiz yanaşmadır. Bu, həm hüquqi baxımdan, həm də sosial sabitlik üçün önəmlidir. Nikah olmadıqda və bu hal aşkar edildikdə müvafiq tədbirlər görülməlidir. Çünki bu məsələ gələcəkdə hüquqi dolaşıqlara və müxtəlif problemlərə səbəb olur. Bu da dövlət orqanlarının üzərinə əlavə yük yaradır və məhkəmə proseslərində çətinliklərə gətirib çıxarır" deyən ekspert gəncləri məsuliyyətli olmağa çağırıb.
Elçin Bayramlı hesab edir ki, dövlətin ailə modelinin təbliği istiqamətində atdığı addımlar bu rəqəmləri daha da aşağı salmağa imkan verir.
"Eyni zamanda dövlət qurumlarının nəzarəti də gücləndirilməlidir ki, bu hallar minimuma endirilsin. Nikahdankənar doğumların azalması müsbət tendensiyadır. Lakin bu rəqəmi daha da aşağı salmaq və minimuma endirmək üçün imkanlar mövcuddur. Azərbaycan dövləti əhalinin sağlamlığı və düzgün ailə modelinin təbliği istiqamətində tədbirlər həyata keçirir. Bu sahədə irəliləyiş göstərir ki, mövcud problemlər mərhələli şəkildə aradan qaldırıla bilər" fikirləri ilə sosioloq çıxışını yekunlaşdırıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri