Icma.az
close
up
RU
Dövlət Neft Fondu BƏƏ şirkətində 50% pay alıb

Dövlət Neft Fondu BƏƏ şirkətində 50% pay alıb

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Ərəb Enerji Fondu ("TAEF") "CVC DIF" ilə tərəfdaşlıq çərçivəsində, "DIF VII" fondunun "PAL Cooling Holding" ("PAL") şirkətində 50 faizlik pay əldə etməsi məqsədilə yaradılmış müştərək investisiya strukturuna sərmayə yatırıb.

"APA-Economics" bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, "TAEF" və ARDNF arasında bu əməkdaşlıq regionda enerji səmərəliliyini artıran infrastruktur layihələrinin inkişafına yönəlmiş ortaq strateji yanaşmanı əks etdirir.

2025-ci ilin iyununda qlobal özəl bazarlar üzrə aparıcı investisiya meneceri "CVC"-nin infrastruktur strategiyası olan "CVC DIF" və "Tabreed" dünyanın aparıcı mərkəzləşdirilmiş soyutma şirkətlərindən biri olan "PAL Cooling Holding"in alınması ilə bağlı razılığa gəlib. Beləliklə, "CVC DIF" və "Tabreed" tərəfindən yaradılmış birgə müəssisə vasitəsilə "PAL" şirkəti 50/50 faizlik pay bölgüsü əsasında əldə olunub, sövdələşmənin kapital dəyəri isə təxminən 3,8 milyard BƏƏ dirhəmi təşkil edib.

"PAL Cooling Holding" Birləşmiş Ərəb Əmirliklərində mərkəzləşdirilmiş soyutma xidmətləri üzrə ikinci ən böyük operatordur. Şirkət orta hesabla 25 il müddətinə qüvvədə olan səkkiz uzunmüddətli konsessiya çərçivəsində fəaliyyət göstərir və 45 mindən çox müştəriyə xidmət edir. "PAL" ölkənin əsas inkişaf zonalarında etibarlı, səmərəli və dayanıqlı soyutma infrastrukturunun qurulmasında mühüm rol oynayır.

"TAEF" və ARDNF-nin "CVC DIF" ilə birgə əməkdaşlığı kapital imkanları və sahə üzrə dərin təcrübəsi ilə seçilən üç institusional investoru vahid platformada birləşdirərək "PAL"ın əməliyyat dayanıqlığını gücləndirməklə yanaşı, şirkətin uzunmüddətli inkişaf strategiyasının icrasına dəstək verir.

"Tabreed" isə "CVC DIF" ilə birgə müəssisədə 50 %-lik payını saxlayaraq mərkəzləşdirilmiş soyutma sahəsindəki geniş təcrübəsini layihəyə cəlb edir. 1998-ci ildə təsis edilən "Tabreed" BƏƏ-də bu sahədə fəaliyyət göstərən ilk şirkətlərdən biridir, "Dubai Financial Market"-də listinqdədir və hazırda altı ölkədə 99 obyektə sahib olmaqla onları idarə edir.

"TAEF"in baş icraçı direktoru Xalid Al-Ruvey bildirib: ""PAL" layihəsi üzrə bu əhəmiyyətli investisiya çərçivəsində "CVC" və Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlıq etməkdən məmnunuq. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayır və biz əməliyyat baxımından yüksək göstəricilərə malik bir platformaya dəstək veririk. Bu əməkdaşlıq "TAEF"-in uzunmüddətli dəyər və real təsir yaradan keyfiyyətli investisiya platformalarına və tərəfdaşlıqlara yönəlmiş strateji yanaşmasını əks etdirir."

ARDNF-nin İcraçı direktorunun müavini Rövşən Cavadov qeyd edib:

"Bu mühüm layihədə iştirakımız ARDNF-nin Birləşmiş Ərəb Əmirliklərinə və ümumilikdə Körfəz regionuna olan strateji marağının bariz göstəricisidir. Mərkəzləşdirilmiş soyutma enerji səmərəliliyinə əsaslanan müasir şəhərsalmanın vacib tərkib hissəsidir və bu investisiya transmilli iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, eləcə də strateji tərəfdaşlıqların qurulması ilə bağlı məqsədlərimizə xidmət edir. Etibarlı tərəfdaşlarla birlikdə, regionun daha geniş dayanıqlılıq hədəflərinə töhfə verən konsorsium çərçivəsində Əbu-Dabidə investisiya fəaliyyətimizi genişləndirməkdən məmnunuq."

"CVC DIF"-in investisiya üzrə direktoru və partnyoru Allard Ruis bildirib:

"ARDNF və "TAEF" ilə qurduğumuz bu tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlıq "CVC"nin regiona, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə olan uzunmüddətli öhdəliyi və ölkə üzrə inkişafı dəstəkləyən bizneslərə investisiya strategiyası ilə tam uzlaşır. "PAL Cooling" yüksək keyfiyyətli investisiya layihəsidir və bütün investorlarımız üçün sabit gəlirlilik təmin etməklə yanaşı, uzunmüddətli artım və dayanıqlı dəyər yaradılması baxımından da əhəmiyyətli potensiala malikdir."

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri