Icma.az
close
up
RU
Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Dövlət Neft və Sənaye Universitetində 30 aprel terror qurbanlarının xatirəsi anılıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.

Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və faciə qurbanlarının yaxınları iştirak ediblər. Əvvəlcə terror hadisəsində həlak olanların xatirəsinə ucaldılmış barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.

Anım mərasimində çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov terror hadisəsinin dəhşətindən danışaraq universitetin dəyərli müəllim və tələbələrinin həyatına son qoymuş bu faciənin Azərbaycan cəmiyyətində dərin iz buraxdığını bildirib. O, həmçinin Vətən müharibəsində şəhid olmuş universitetin 23 məzununun və 30 aprel terror aktının qurbanlarının xatirəsinin ADNSU-da daim əziz tutulduğunu vurğulayıb.

Tədbir zamanı faciəni əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra hadisənin şahidi, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı dosent Fərid Ağayev çıxış edərək 16 il əvvəl baş vermiş terror aktı ilə bağlı acı xatirələrini bölüşüb.

Mərasimdə terror qurbanlarının ailə üzvləri də çıxış ediblər. Onlar universitet rəhbərliyinə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasına (indiki ADNSU) silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. 2017-ci ildə universitetin II tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə barelyef ucaldılıb. Hər il həmin tarixdə universitetdə anım mərasimi keçirilir və terrorun qurbanları dərin hörmətlə yad edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see241

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see238

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see232

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see199

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see192

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see185

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see173

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see170

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see170

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see167

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see166

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see165

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see163

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see159

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see157

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see156

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see153

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see153

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see152

Onu baş nazir seçsəniz, sanksiyalar olacaq ABŞ dən xəbərdarlıq

04 Fevral 2026 09:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri