Dövlət orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Aprelin 24-də 13 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatlarına uyğun olan 32 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, daxili müsahibəyə çıxarılan vəzifələrin 3-ü inzibati vəzifələrin ikinci təsnifatına, 22-si inzibati vəzifələrin üçüncü təsnifatına, 7-si inzibati vəzifələrin dördüncü təsnifatına aiddir.
Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini vəzifəsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir.
Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər mayın 8-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 24 Aprel 2026 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















