Dövlət Pantomim Teatrından yeni “Şinel” Psixo plastik qarabasma tamaşası
Kulis.az saytına istinadən Icma.az xəbər verir.
1–5 oktyabr 2026-cı il tarixlərində keçirilən V Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı Nikolay Qoqolun əsəri əsasında hazırlanmış “Şinel” psixo-plastik qarabasma tamaşası ilə çıxış edib.
Kulis.az xəbər verir ki, tamaşa 3 oktyabrda Şəki Teatrının səhnəsində nümayiş olunub.
Səhnə əsərinin quruluşçu rejissoru Ceyhun Dadaşov, rəqslərin quruluşçuları isə Elnur İsmayılov və Ceyhun Dadaşovdur. Tamaşanın premyerası 4 mart 2023-cü ildə baş tutub, xronometrajı 45 dəqiqədir.
“Şinel” tamaşasında Qoqolun əsəri müasir və simvolik yozumda təqdim olunur. Səhnə əsərində şinel insanın cəmiyyətdə mövqe, diqqət və nüfuz qazanmaq istəyinin rəmzinə çevrilir. Rejissor yozumunda bu obraz vəzifə, pul, bahalı avtomobil, telefon və sosial status kimi maddi dəyərləri simvolizə edir.
Tamaşada Nargilə Qəribova, Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynova iştirak ediblər.
Festivalda Azərbaycan Dövlət Pantomim Teatrını direktor Yarməmməd Qurbanovun rəhbərliyi ilə yaradıcı və texniki heyət təmsil edib.
Festival çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı yüksək qiymətləndirilib. Kollektiv uğurlu festival iştirakı münasibətilə diplom və təşəkkürlərlə təltif olunub.
“Şinel” tamaşası festival tamaşaçıları qarşısında plastik ifadə dili, fərqli səhnə həlli və müasir interpretasiyası ilə diqqət çəkib.
Şakira İspaniya səhnələrinə qayıdır - Səkkiz illik fasilədən sonra Montrödə “Rast”, yaddaşımda Şuşa, bir də "Təbrizin küçələri dolanbadolan" - TƏƏSSÜRAT Derbi - Vüsal Bağırlının yeni hekayəsi
Baxış sayı:119
Bu xəbər 05 Oktyabr 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















