Dövlət Proqramı 5 məqsədi və 86 konkret tədbiri əhatə edir Nazir müavini
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Dövlət Proqramı 5 məqsədi, 5 prioritet istiqaməti, 16 fəaliyyət istiqamətini, 86 tədbiri və 23 hədəf indikatorunu əhatə edir. Bu, sənədin yalnız ümumi yanaşmaları deyil, konkret tədbirləri, icra mexanizmlərini və ölçülə bilən nəticələri özündə birləşdirən kompleks inkişaf proqramı olduğunu göstərir.
Adalet.az xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
“Dövlət Proqramında buğda və pambıq məhsuldarlığının artırılması, müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin genişləndirilməsi, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, lazer hamarlamanın tətbiqi, intensiv heyvandarlıq və quşçuluq təsərrüfatlarının yaradılması, balıqçılıq və akvakulturanın inkişaf etdirilməsi, saxlama, emal və logistika imkanlarının genişləndirilməsi əsas istiqamətlər kimi müəyyən edilib”, - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 22 İyun 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















