Icma.az
close
up
RU
Dövlət Proqramında yeni dəyişikliklər...

Dövlət Proqramında yeni dəyişikliklər...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Naxçıvanın ixrac, logistika imkanlarını artırmaq üçün təkmilləşdirmələr aparılıb

Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında” imzaladığı sərəncama əsasən, adıçəkilən proqramda bəzi dəyişikliklər edilib. Dəyişikliklər Muxtar Respublikanın sosial-iqtisadi inkişaf prioritetlərinin müasir çağırışlara uyğunlaşdırılması və tədbirlərin icra mexanizmlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır, bölgədə iqtisadi fəallığın və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat əlçatanlığının artırılması, təhsil və sosial xidmətlərin əhatəsinin genişləndirilməsi, eləcə də ekoloji dayanıqlılığın gücləndirilməsi istiqamətində tədbirlərin daha nəticəyönümlü təşkilinə xidmət edir.

Dəyişikliyə əsasən, muxtar respublikada çalışan sahibkarlara güzəştli kreditlərin verilməsi, təşviqat işlərinin aparılması və digər maliyyə dəstəyi tədbirləri, eləcə də ixracın dəstəklənməsi istiqamətində yanaşmalar dəqiqləşdirilib. İstehsal olunan məhsulların ölkədaxili və xarici bazarlara çıxışının sürətləndirilməsi, yerli məhsulların rəqabətqabiliyyətliliyinin artırılması və daşınma xərclərinin optimallaşdırılması məqsədilə sahibkarlara məqsədli logistik dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Stimulların əsas məqsədi müntəzəm yükdaşımaların təşkili və nəqliyyat marşrutlarının effektivliyinin yüksəldilməsi ilə ixrac həcminin artırılmasıdır.

Zəngəzur-Naxçıvan dəhlizi Türkiyə və Avropaya məhsul ixracına qapı açacaq

Hazırda Zəngəzur dəhlizi quruculuğu yeni mərhələyə daxil olub, bu, magistral tranzit xəttinin Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantılarını təmin edəcək. Hazırda Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb və tikinti işlərinə başlanılıb. Ərazidə mühəndislik və infrastrukturun yaradılması işlərinin bir qismi yekunlaşıb, digər hissəsi isə davam edir. Sentyabrın sonunadək burada yolun üst quruluşunun 6,3 kilometrlik hissəsi quraşdırılacaq. 6,3 kilometrdən sonra qalan, yəni sərhəddən 700 metr məsafədə yerləşən hissədə isə hələ minatəmizləmə işləri aparılır, bu işlər işlər başa çatandan və layihələrin uzlaşdırılması məqsədilə TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra tikinti-quraşdırma işlərinə başlanacaq. Eyni zamanda, Sədərək stansiyasından Türkiyə ilə dövlət sərhədinədək olan hissənin gələcəkdə Türkiyə tərəfindən icra edilən Qars-İğdır-Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması planlaşdırılır. Həmin dəmir yolu xətti üzrə Türkiyə tərəfindən layihələndirmə işləri aparılır.

Zəngəzur-Naxçıvan dəhlizinin istifadəsi bölgədə istehsal olunan məhsulların quru yolu ilə Türkiyə və Avropa bazarlarına ixracı üçün yeni imkanlar yaradacaq. Məhz bu məqsədlə həmin imkanlardan hərtərəfli istifadənin stimullaşdırılması üçün müxtəlif güzəştlərin tətbiqi əsas şərtlərdən biridir. Təşviq siyasəti biznes və ixracla məşğul olan iştirakçıların, habelə xarici ticarət seqmentlərinin Naxçıvanın əlverişli coğrafi mövqeyindən istifadə edilərək regionda istehsal olunan məhsulların xarici və ölkədaxili bazarlara çıxışının sürətlənməsini təmin edəcək. Bu, eyni zamanda, muxtar respublikada istehsal zəncirinin böyüməsinə və dayanıqlı məşğulluğun genişlənməsinə, regionun işgüzar əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək. Beləliklə, qeyd edilən istiqamət üzrə dəyişikliklər tranzit imkanlarından səmərəli istifadənin stimullaşdırılması, çevik əsaslandırmaya söykənən dəstək mexanizmlərinin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

Orqanik məhsulların istehsal və ixracının gücləndirilməsi

Digər dəyişiklik bu bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının istehsalının müəyyənləşməsini, brendləşdirilməsini və təbliğini nəzərdə tutur. Ümumilikdə, bu istiqamət üzrə başlıca məqsəd Naxçıvanda rəqabətqabiliyyətli orqanik məhsulların istehsal potensiallarını daha da gücləndirmək və “Made in Azerbaijan” brendi ilə çoxçeşidli keyfiyyətli aqrar ixrac blokunu möhkəmləndirməkdir. Sözsüz ki, muxtar respublikanın bunun üçün zəngin təbii iqlimi və istehsal imkanları mövcuddur. Bu region kənd təsərrüfatı məhsullarının keyfiyyətinə görə, qlobal bazarlarda rəqabətdə xüsusi üstünlük qazanmaq imkanlarına malikdir. Bu təşviqedici siyasət həmin hədəflərin reallaşmasına imkan verəcək və Naxçıvanın aqrar-sənaye gücünü dünyaya nümayiş etdirəcək. Yeri gəlmişkən, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Naxçıvanda aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilib. Yeni institusional və təşviqedici alətlər də məhz həmin hədəflərə söykənir.

Turizm potensialının artırılması üçün əlavə tədbirlər

Naxçıvan həm də əlverişli turizm və rekreasiya zonalarına malikdir. Burada tarix, mədəniyyət, dağlar, mineral sular, sağlamlıq turizmi, ekoturizm və qış turizmi üçün kifayət qədər zəngin baza mövcuddur. Dövlət başçısının sərəncamında nəzərdə tutulan dəyişikliklərdən biri də regionun turizm potensialının gücləndirilməsinə əhəmiyyətli təsir göstərəcək təşviqyönüml addımların atılması ilə bağlıdır. Ancaq çoxminli turistləri cəlb etmək üçün bir sıra infrastrukturların yaradılmasına, xüsusilə də hotel və qonaq evlərinin sayının artırılmasına ehtiyac var. Cənab Prezident ötən ay muxtar respublikaya səfəri zamanı bu məsələyə toxunaraq bildirib ki, Naxçıvan zəngin tarixi abidələrə, təbiətə, təmiz havaya və turizm imkanlarına malik olsa da, keyfiyyətli hotellərin azlığı sektorun inkişafına mane olur, mehmanxanaların az olması turizmin inkişafını əngəlləyir. Bu problemi həll etmək məqsədilə Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu hotelin təməli qoyulub. Hotelin təxminən 2028-ci ildə hazır olması gözlənilir. Eləcə də bölgədə digər mehmanxana komplekslərinin yaradılması istiqamətində layihələr hazırlanır.

Bir sözlə, stimullaşdırıcı siyasət və dövlət dəstəyi tədbirləri bölgənin güclü potensialını böyük turist axınına çevirə biləcək xidmət infrastrukturunun yaradılmasını təmin edəcək.

Əhalinin sosial xidmətlərlə əhatə olunmasının genişləndirilməsi

Naxçıvan Muxtar Respublikası Dövlət proqramları və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.

Naxçıvanda infrastrukturun müasirləşdirilməsi, magistral və birinci dərəcəli yolların beynəlxalq standartlara uyğunlaşdırılması da əsas prioritetlərdən biridir. Çünki yol həm tranzitlərin maneəsiz hərəkəti, binesin xarici bazarlara çıxışı, həm də turistlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə avtomobil yollarının modernləşdirilməsi, eləcə də hava nəqliyyatı sektorunda imkanların genişləndirilməsi əsas prinsiplər kimi Dövlət Proqramında yer alır.

Həssas əhali qruplarının sosial xidmətlərlə əhatə olunmasının genişləndirilməsi də proqramda hədəf istiqamətləri sırasında yer alır. Bu tədbirlərə əhalinin məşğulluq imkanlarının artırılması, ailə təsərrüfatlarının və kiçik biznes klasterlərinin təşkili üçün stimullaşdırıcı və güzəştli biznes alətlərinin tətbiqi daxildir. Eləcə də əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə “MİDA” tərəfndən Naxçıvanda güzəştli mənzillərin tikintisinə başlanılacaq. Eləcə də Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Ümumilikdə, dövlət başçısının sərəncamına əsasən, muxtar respublikanın inkişaf proqramında nəzərdə tutulan dəyişikliklər Naxçıvanın hərtərəfəli inkişafı və bölgənin iqtisadi güc mərkəzlərindən birinə çevrilməsini təmin edəcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri