Dövlət qulluğu vəzifələri üzrə 1692 namizəd imtahan verəcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 6-da dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahanın yeri, vaxtı, binası və digər zəruri məlumatlar göstərilib.
İmtahana qeydiyyat 2025-ci il oktyabrın 3-dən 23-dək aparılıb və bu müddət ərzində 1692 namizəd ərizə təqdim edib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.
İmtahan elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 imtahan rəhbəri, 113 nəzarətçi və 18 buraxılış rejimi əməkdaşı ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















