Icma.az
close
up
RU
Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 iyul, AZƏRTAC

157 dövlət orqanında 790 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibəyə çıxarılmış vakant inzibati vəzifələrin 4-ü AB, 82-si AC, 109-u BA, 595-i isə BB vəzifə qrupuna aiddir.

Eyni zamanda, müsahibə elan edilən vəzifələrdən 205-i 38 yerli icra hakimiyyəti orqanı tərəfindən, 289-u 71 məhkəmə hakimiyyəti orqanı tərəfindən, 131-i isə Naxçıvan Muxtar Respublikasının 25 dövlət orqanı tərəfindən təqdim edilib.

Dövlət orqanları arasında ən çox vakant vəzifə Elm və Təhsil Nazirliyi (39 vəzifə) tərəfindən təqdim olunub.

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı kateqoriyalara aid şəxslər iştirak hüququna malikdirlər:

-Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

-Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

-Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər avqustun 12-si saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə cavab verməlidir. Vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, o, müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat DİM-in internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin www.dim.gov.az internet portalına müraciət edilə bilər.

Qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sənədin qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir.

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 5 nömrəli qərarına əsasən “Dövlət qulluğu sertifikatı”nın qüvvədə olma müddətinin hər ili ərzində beşdən artıq müsahibədə iştirak üçün ödənişin məbləği dövlət qulluğu vəzifələrinin növlərinə müvafiq olaraq test imtahanı tariflərinin 50 faiz miqdarında olmaqla müəyyən edilib.

Müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) DİM-in internet portalında və namizədin şəxsi kabinetində yerləşdirildikdən sonra namizəd 48 saat ərzində müsahibədə iştirak edib-etməyəcəyini dəqiqləşdirməli, iştirak etməyəcəyi halda şəxsi kabinetinə daxil olmaqla müsahibədə iştirakdan imtina etməlidir. Bu hal namizədin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) namizədin şəxsi kabinetinə (bank xərcləri tutulmaqla) geri qaytarılacaq.

Müəyyən edilmiş vaxt bitdikdən sonra müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibədə iştirakdan imtina namizədlərin ödənişsiz qaydada iştirak hüququ nəzərdə tutulan müsahibə sayında nəzərə alınmayacaq, habelə müsahibədə iştirakla bağlı ödəniş (olduğu halda) geri qaytarılmayacaq.

Müsabiqənin müsahibə mərhələsində iştirak üçün müraciət edən namizədlərə müsahibədə ödənişsiz iştirak hüquqlarından səmərəli istifadə etmələri, vəzifə seçərkən diqqətli olmaları, iddia etdikləri vəzifənin qulluq funksiyaları, tutulma şərtləri, habelə müsahibə proqramları ilə tanış olmaları və həmin vəzifədə çalışmaq istəklərini dəqiq müəyyən etmələri tövsiyə edilir.

Belə ki, namizədlərin müvafiq vəzifələrə uyğunluğunun yoxlanılması, müsahibə qrafikinin hazırlanması, müsahibə komissiyasının formalaşdırılması, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və müvafiq dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Müsahibələrdə iştirakdan imtina hallarının çoxluğu müsahibə elanlarının operativ verilməsində, müsahibələrin təşkilində çətinliklər yaradır, habelə müsahibələrdə uğur qazanmış namizədlərin təyinatı prosesini ləngidir. Qeyd olunanlara əsasən bildiririk ki, namizədlərin müsahibədə iştirak etməmələri, üzrlü hal kimi qəbul edilmir, onların məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see130

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see126

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see125

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see118

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see118

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see118

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

İsti havada arıqlamağın yolu

13 İyul 2025 01:01see113

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see113

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see113

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see113

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see112

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see112

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see111

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see110

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see110

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri