Icma.az
close
up
RU
Dövlət qulluğunda motivasiya təlim

Dövlət qulluğunda motivasiya təlim

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 21 noyabr, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illəri əhatə edən tədbirlər planında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına (DİA) həvalə edilmiş tədbirlərin icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən dövlət qulluqçuları üçün “Dövlət qulluğunda motivasiya” mövzusunda təlim keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, təlimi DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Esmira Osmanova aparıb. O, çıxışında dövlət qulluğunda motivasiya mexanizmlərinin əmək məhsuldarlığının, xidmətdə səmərəliliyin və peşəkarlığın artırılmasında strateji əhəmiyyət daşıdığını xüsusi vurğulayıb.

Təlim müddətində iştirakçılara motivasiya nəzəriyyələri, müasir kadr siyasətinin əsas istiqamətləri, işçi məmnuniyyətinə təsir göstərən sosial-psixoloji və institusional amillər, eləcə də dövlət qulluğunda peşəkar inkişafın stimullaşdırılmasına dair aktual yanaşmalar təqdim edilib. Bununla yanaşı, dövlət qulluğunda motivasiya sisteminin strukturlaşdırılması, insan resurslarının idarə edilməsində psixoloji və idarəetmə amillərinin öyrənilməsi, komanda mühitinin formalaşdırılması, fəaliyyətin qiymətləndirilməsi və mükafatlandırma mexanizmlərinin tətbiqi istiqamətlərində geniş izahlar verilib.

İştirakçılar motivasiya sistemlərinin tətbiqində üzə çıxa biləcək institusional və təşkilati çətinliklərin aradan qaldırılması, dövlət idarəçiliyində müasir yanaşmaların inteqrasiyası və qərar qəbuletmə prosesində motivasiya alətlərinin əhəmiyyəti mövzularında praktik müzakirələr aparıblar.

Vurğulanıb ki, səmərəli motivasiya sistemi dövlət qulluğunda şəffaflığın, məsuliyyətin, idarəetmədə peşəkarlığın və xidmət keyfiyyətinin artırılmasının əsas şərtlərindən biridir. Təlim prosesinin interaktiv şəkildə keçirilməsi iştirakçıların mövzunu daha dərindən mənimsəməsinə, fikir mübadiləsində aktiv iştirakına və praktiki bacarıqlarını təkmilləşdirməsinə imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri