Dövlət qulluqçuları müəllimlik edə biləcək? Yeni QANUN
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Milli Məclis dövlət qulluqçularının pedaqoji fəaliyyəti haqqında dəyişikliyi ilk oxunuşda qəbul edib.
Redaktor.az xəbər verir ki, bu barədə dəyişikliyi nəzərdə tutan və yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsi parlamentin payız sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qulluq keçdiyi dövlət orqanında müvəqqəti əvəz etmə və boş vəzifə üzrə qulluq funksiyasının icrası halları istisna olmaqla), o cümlədən heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa və qulluq keçdiyi dövlət orqanı rəhbərinin yazılı razılığı ilə elmi və pedaqoji fəaliyyət istisna olmaqla, qulluq müddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa ixtiyarı olmayacaq.
Qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə isə dövlət qulluqçusunun əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa, elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmağa ixtiyarı yoxdur.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 Sentyabr 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















