Icma.az
close
up
RU
Dövlət qulluqçularını hədəf alan beynəlxalq kibercinayətkarlar müəyyənləşdirilib

Dövlət qulluqçularını hədəf alan beynəlxalq kibercinayətkarlar müəyyənləşdirilib

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır.

Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən verilən xəbərə görə, son vaxtlar Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qruplaşmalar tərəfindən Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edilməklə saxta sosial şəbəkə və ani mesajlaşma hesabları yaradılaraq dövlət qulluqçularını, eləcə də müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını hədəf alan çoxsaylı hüquq pozuntuları qeydə alınmaqdadır.

Bildirilib ki, xarici vətəndaşların rəhbərlik etdiyi bu şəbəkələr xüsusi kompüter proqramları vasitəsilə dövlət qurumlarının, eləcə də müəssisə və təşkilatların rəsmi internet səhifələrindən əməkdaşların əlaqə nömrələrini kütləvi şəkildə əldə etməklə həmin nömrələrə müvafiq qurumun rəhbər şəxslərinin fotoşəkillərindən istifadə edərək yaradılmış saxta hesablardan “WhatsApp” tətbiqi vasitəsilə guya “təcili” xarakterli mesajlar göndərilir və hüquq-mühafizə orqanları adından fəaliyyət göstərən digər saxta hesaba yönəldilməklə xarici hesablara pul vəsaitinin köçürülməsi barədə və ya digər tapşırıqlar verilir.

Qeyd edilib ki, mövcud faktlar üzrə başlanılmış əməliyyat-istintaq tədbirləri çərçivəsində qeyd olunan cinayət əməllərinin bəzi iştirakçıları müəyyən edilib, barələrində beynəlxalq hüquqi prosedur tədbirləri başladılıb.

“Bundan əlavə, xarici dövlətlərin aidiyyəti orqanları, habelə müvafiq sosial şəbəkə və platformaların aid olduğu beynəlxalq texnologiya şirkətlərinin təhlükəsizlik bölmələri və platforma operatorları ilə birgə cinayətkar şəbəkə üzvlərinin tam ifşa olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

İnformasiya texnologiyalarının inkişafının geniş sui-istifadə imkanları ilə müşayiət olunduğu bir vaxtda Azərbaycan Respublikasının vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformaları üzərindən cinayətkar məqsədlə qurulan şübhəli əlaqələrə qarşı sayıqlıq nümayiş etdirməli, dövlət orqanlarını vaxtında məlumatlandırmalıdırlar”, – məlumatda deyilir.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Avqust 2026 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri