Icma.az
close
up
RU
Dövlət qurumları bu sənədləri kağız formasında tələb etməməlidir SİYAHI

Dövlət qurumları bu sənədləri kağız formasında tələb etməməlidir SİYAHI

Icma.az bildirir, Olke.az portalına istinadən.

“Baxıram ki, bəzi dövlət qurumları, onların tabeliyində olan media qurumları yenə də dayanmadan dövlət xidmətləri əldə etmək üçün vətəndaşlardan hansısa kağız sənədlərin, onların surətlərinin vacibliyini təbliğ edirlər”.

Ölkə.Az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. O, dövlət qurumlarının bu cür davranışına irad tutub:

“Kənardan baxanda elə təsəvvür yaranır ki, sanki ölkədə rəqəmsallaşmanın əsər-əlaməti yoxdur.
Hansı ki, artıq ölkədə hətta nigah, doğum şəhadətnaməsi bir anda "myGov"da rəqəmsal formada reallaşır. Amma digər dövlət qurumu isə hələ də bu xidmətlər üçün min cür sənəd və onun kopiyasının tələb olunduğu haqqında bilgilər paylaşır. Bu, doğru bir yanaşma deyil. Gərək dövlət qurumları ölkədə gedən rəqəmsal transformasiyaya adekvat addımlar atsın.
Artıq onlarla, yüzlərlə sənədlər var ki, onlar tam rəqəmsaldır. Çox sayda xidmətlər rəqəmsallaşıb və “myGov”da əlçatandır. Yəni hansısa sənədi, onun surətini fiziki olaraq təqdim etmək əvəzinə,  elə “myGov”dan həmin sənəd haqqında məlumatı təqdim etmək, yaxud xidməti tam olaraq əldə etmək imkanı var. “myGov”dakı məlumat, sadəcə məlumat deyil, artıq rəsmi sənəddir”.

O.Gündüz rəqəmsal versiyaları artıq tam hüquqi status əldə edən sənədlərin siyahısını da paylaşıb:

"Şəxsiyyət vəsiqəsi;
Doğum haqqında şəhadətnamə;
Ölüm haqqında şəhadətnamə;
Nikah haqqında şəhadətnamə;
Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərar;
Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi;
İş icazəsi;
Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi;
Qaçqın vəsiqəsi;
İşçinin vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətləri, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsi və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə;
Şəxsin işsiz və ya işaxtaran kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması, qeydiyyatının ləğv edilməsi barədə qərarlar, fərdi məşğulluq proqramı və fərdi məşğulluq vərəqi;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları ilə bağlı Annuitet və icbari sığorta müqavilələri;
Təhsil haqqında dövlət sənədi;
Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən arayış;
Sürücülük vəsiqəsi;
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon;
Ünvanlı dövlət sosial yardımının təyin olunması və təyin olunmasından imtina edilməsi barədə qərarlar;
Müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina barədə qərarlar;
Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, təyin edilməsindən imtina olunması, bərpası, dayandırılması və əmək pensiyalarının bir növdən başqa növə keçirilməsi barədə qərarlar;
Şəxsin əlilliyinin müəyyən olunmasına və imtinaya dair qərarlar;
Vətəndaşın sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlər;
İcbari sığortaolunanların xidmətlər zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsi üçün təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən tibb müəssisəsinin, habelə ambulator-poliklinika müəssisəsinin göndərişi;
Könüllü və icbari sığorta şəhadətnamələri;
Hüquqi şəxsin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış, nizamnamə və ya nizamnaməyə dəyişiklik;
Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış;
Lisenziya və icazələr".

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri