Dövlət qurumlarında qanun pozuntuları aşkar edilib
Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Hesablama Palatasının Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi hesabatlardakı dövlət qurumlarının adları məlum olub.
Reyting.az xəbər verir ki, 4 işdən ikisi Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar, AMEA-nın İşlər İdarəsi ilə əlaqədardır.
Dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar materiallar Baş Prokurorluğa göndərilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlara dair hesabat da DTX-ya göndərilib.
İki audit üzrə cinayət işi başlanıb və istintaqın aparıldığı qeyd edilib, bu tədbirlərdən birində vəsait ödənilib, digərində isə əmlak üzərinə həbs qoyulub.
DTX-da bir audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Dövlət qurumlarında qanun pozuntuları aşkar edilib
16 Aprel 2025 13:47
Dövlət qurumlarında yeni BİABIRÇILIQ
03 İyul 2025 14:47
Dövlət Agentliyi “Kontakt Home”da qanun pozuntuları aşkarlayıb
22 Aprel 2026 17:12
Dövlət qurumlarında yerləşmiş nurçularla birlikdə
04 Fevral 2026 12:48
Dövlət qurumlarında sərrast atanlar müəyyənləşdi
14 Dekabr 2025 20:10
Baxış sayı:97
Bu xəbər 15 Aprel 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















