Dövlət qurumunun avtomobil alma planı suya düşdü TENDERİ NİYƏ LƏĞV EDİLDİ?
Icma.az, Avtosfer saytına istinadən bildirir.
“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” PHŞ tərəfindən elan edilmiş tender ləğv edilib.
Avtosfer.az xəbər verir ki, sözügedən tender avtomobillərin satınalınması üçün elan edilmişdi. Müsabiqə 20 sentyabr 2025-ci il saat 10:54-də dərc olunmuş, təkliflərin qəbulu və zərflərin açılışı 13 oktyabr 2025-ci il saat 10:01-də planlaşdırılmışdı. Ehtimal olunan qiymət 298 717 AZN təşkil edirdi.
Tenderin predmetinə 2 ədəd pikap tipli nəqliyyat vasitəsi və 2 ədəd avtomobil furqon (universal Crew cab) daxil idi.
Lakin satınalmada iştirak edən və qanunvericiliyə uyğun lisenziya və icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci maddə), müsabiqə baş tutmayıb.
Baxış sayı:95
Bu xəbər 17 Oktyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















