Icma.az
close
up
RU
Dövlət qurumunun bu tələbi tam QANUNSUZDUR Tanınmış vəkil DANIŞDI

Dövlət qurumunun bu tələbi tam QANUNSUZDUR Tanınmış vəkil DANIŞDI

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Binəqədi şossesi 111 ünvanında yerləşən “Azadlıq City” yaşayış kompleksinin sakinləri yaşadıqları mənzilin çıxarışını ala bilmirlər. Binanın tikintisini həyata keçirən “İnam-İnşaat 555” MMC-nin rəhbəri Nazim Həsənov isə sakinlərə səbəb olaraq problemin Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən qaynaqlandığını deyir. Belə ki, Komitə Bakı şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsindən arayış alınmasını istəyib, lakin qanunvericilikdə belə bir arayış yoxdur.
Demokrat.az məsələ ilə bağlı vəkil Mehman Muradlının fikirlərini öyrənib. 

O bildirib ki, Şəhərsalma və Arxitektura Komitəsi belə bir arayış tələb edibsə, bu, tam qanunsuzdur:
“Bakı şəhər İcra Hakimiyyətinin Kooperativlər İdarəsi SSRİ vaxtından yaradılmış idarədir. O vaxt ayrı-ayrı müəssisələr özləri kooperativlər yaradıb, binalar tikirdilər. O idarənin funksiyası ondan ibarətdir. Amma bu gün sözügedən idarənin faktiki funksiyası yoxdur. 
Yığıblar ora boş-bekar adamları, guya işləyirlər. Amma nə işlə məşğul olurlar, heç özləri də bilmirlər. Deməli, nə iş görürlər? Tutaq ki, sakinlər İcra Hakimiyyətinə şikayət göndərirlər, o şikayət yönəldilir Kooperativlər İdarəsinə. İdarə də göndərir yerli icra hakimiyyətinə, orada şikayətə baxılır və s. Bu cür işlərlə məşğul olurlar.
Qaldı ki, Şəhərsalma və Arxitektura Komitəsinin tələb etdiyi arayış məsələsinə, bu, tam qanunsuzdur. Bu qurumun işi istismara qəbul olunmuş binaların uçotunu aparmaqdır. Binalar sistemə daxil olduqdan sonra ötürülür reyestr xidmətinə. Qanunvericiliyin tələbinə görə, reyestr xidməti və komitə bu məsələdə birgə fəaliyyət göstərməlidir. 
Əgər FHN-dən binanın istismara uyğun olması ilə bağlı sənəd varsa, bu artıq kifayət edir ki, Şəhərsalma və Arxitektura Komitəsi binanı reyestrə ötürsün. 
Daha sonra vətəndaşlar ümumi yığıncağın protokolunu, maliyyə arayışını və eskiz layihəni reyestrə təqdim edir. Reyestr xidməti bir daha mənzildə yoxlanış aparır. Hər şey tam qaydasındadırsa, vətəndaş normal qaydada rüsumunu ödəyərək çıxarışını ala bilir”.
Qeyd edək ki, vətəndaşların üzləşdiyi bu problemlə bağlı müvafiq qurumlara sorğu ünvanlamışıq.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri