Dövlət rəsmilərinin adından saxta məlumatlar yayılır Azay Quliyev
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
"Dövlət orqanları ilə iş planı ilə bağlı bir mühüm məsələyə toxunmaq istərdim. Bu məsələ faktiki olaraq son dövrlərdə ətrafımızda tez-tez eşitdiyimiz və hamımızı birbaşa əhatə edən informasiya təhlükəsizliyi ilə bağlı mövcud vəziyyətə aiddir. Xüsusilə son vaxtlar rəqəmsal klonlaşdırma və rəqəmsal təqlid halları ilə bağlı narahatedici tendensiyalar müşahidə olunur və bu sahədə problemlər sürətlə artmaqdadır".
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Azay Quliyev bildirdi
Onun sözlərinə görə, təklifi irəli sürməyində əsas məqam ondan ibarətdir ki, sözügedən klonlaşdırma və "deepfake" texnologiyalarından istifadə etməklə yanlış və saxta məlumatların yayılması artıq təkcə fərdi şəxslərin deyil, həm də dövlət rəsmilərinin, hökumət üzvlərinin və ayrı-ayrı dövlət orqanları rəhbərlərinin adından həyata keçirilir:
"Bu cür hallar cəmiyyətdə ciddi çaşqınlıq yaradır, ictimai rəyə təsir göstərir və bəzi hallarda açıq-aşkar manipulyasiya xarakteri daşıyır. Aydın məsələdir ki, bu cəhdlərin əsas məqsədi Azərbaycanda süni şəkildə gərginlik yaratmaq və ölkənin informasiya təhlükəsizliyinə zərər vurmaqdır. Hesab edirəm ki, bu məsələlərin dövlət orqanları ilə iş planında ayrıca yer alması vacibdir. Çünki hazırda Azərbaycanda rəqəmsal klonlaşdırma və "deepfake" texnologiyaları ilə bağlı hüquqi mübarizə aparmaq üçün qanunvericilik bazası kifayət qədər formalaşmayıb. Nə anlayışlar səviyyəsində, nə də bu hallarla bağlı konkret hüquqi tənzimləmə mexanizmləri mövcuddur. Məhz bu boşluqdan istifadə edən şəxslər də faktiki olaraq cəzasızlıq şəraitində fəaliyyətlərini davam etdirirlər. Bu isə yolverilməzdir və mütləq şəkildə qarşısı alınmalıdır. Böyük Britaniyada bu cür hallara görə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər belə hallar dövlət rəsmilərinə qarşı törədilərsə, bu, daha ağırlaşdırıcı hal kimi qiymətləndirilməlidir".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 02 Fevral 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















