Icma.az
close
up
RU
“Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər ediləcək

“Dövlət satınalmaları haqqında” qanunda dəyişikliklər ediləcək

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Oktyabrın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə 6 məsələ daxil edilib.
Newscenter.az xəbər verir ki, komitənin sədri Azər Əmiraslanov birinci məsələnin Hafiz Mahir oğlu İsmayılbəylinin Azərbaycan Respublikası Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəy barəsində olduğunu bildirib. O, Hesablama Palatasının Milli Məclis tərəfindən yaradılan ali audit orqanı olduğunu, Palatanın auditorlarının Parlament sədrinin təqdimatı əsasında vəzifəyə təyin edildiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, H.İsmayılbəylinin namizədliyinin yenidən irəli sürülməsi onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır. Onun Hesablama Palatasının auditorlarına dair müəyyən edilmiş tələb və meyarlara tamamilə cavab verdiyi söylənilib. Komitə onun peşəkarlığını və iş təcrübəsini nəzərə alaraq, Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilməsi barədə təqdimata müsbət rəyini bildirir.
Sonra iclasda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) baxılıb.
Təklif olunan dəyişikliklərin əsas məqsədi Qanunun 3.2.8-1-ci maddəsində sadalanan hüquqi şəxslər tərəfindən müəyyən maliyyə mənbələri istisna olmaqla digər maliyyə vəsaiti hesabına həyata keçirilən satınalmaları “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq dairəsindən çıxarmaqdır. Yeni 3.2.8-1-ci maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmin qurumun idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin satınalmalarını əhatə edir. İstisna, həmçinin onların təsisçisi və iştirakçısı olduqları hüquqi şəxslərin iştirak payına uyğun satınalmalarına şamil olunur. Qanunun tətbiq edilməməsi həmin satınalmaların digər maliyyə vəsaiti hesabına həyata keçirilməsi ilə şərtləndirilir.
Gündəliyin növbəti məsələsi – "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı komitə sədri bildirib ki, sənədə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Belə ki, bankların, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin, investisiya şirkətlərinin, investisiya fondlarının və onların idarəçilərinin, habelə xarici investisiya fondlarının nümayəndəliklərinin daxil olduğu maliyyə qrupları üzrə konsolidasiya olunmuş nəzarət həyata keçiriləcək.
Sonra “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) nəzərdən keçirilib. Layihə Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.
İclasda, habelə “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında qanun layihəsi təqdim edilib.
Məsələ barədə məlumat verən komitənin üzvü Zaur Şükürov bildirib ki, Radiorabitə Reqlamenti radiotezlik spektrindən və peyk orbitlərindən istifadəni beynəlxalq səviyyədə tənzimləyən müqavilədir. Onun əsas məqsədi radiotezliklərdən səmərəli və razılaşdırılmış istifadəni təmin etmək, radiorabitə xidmətlərinin işinə zərərli maneələrin qarşısını almaq və bu sahədə beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir. Qeyd olunub ki, təqdim edilən qanun layihəsi radiorabitə sahəsində yenilənmiş beynəlxalq qaydaların Azərbaycan Respublikası tərəfindən müvafiq bəyanatla təsdiq edilməsinə yönəlib. Bəyanat ölkəmizin suveren hüquqlarının və milli maraqlarının qorunmasına dair mövqeyini ifadə edir.
Tədbirin sonunda "Elektron ticarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov layihə barədə məlumat verərkən bildirib ki, təklif olunan dəyişikliklər sözügedən qanunda anlayış, prinsip və ödənişlərə dair bir sıra müddəaların müasir rəqəmsal ödəniş təcrübəsinə uyğunlaşdırılmasını nəzərdə tutur.
Qeyd olunub ki, layihəyə əsasən, “Elektron ticarət haqqında” Qanunun yalnız ölkə ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan müddəası ləğv edilir. Sənəddə, habelə “POS-terminal” anlayışı dəqiqləşdirilərək, nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz olaraq təqdim edilir. Bununla yanaşı, “texnoloji neytrallıq” anlayışı və müvafiq prinsip Qanuna daxil edilir. Həmçinin ödənişin həyata keçirilməsi ilə bağlı müddəalar təkmilləşdirilir. Yeni redaksiyaya uyğun olaraq, satıcı tərəfindən ödəniş üsulları (o cümlədən nağdsız ödənişlərin POS-terminal, elektron pul kisəsi və ya digər vasitələrlə aparılması) barədə məlumatların verilməsi təklif olunur. Digər dəyişikliyə əsasən, elektron ticarət çərçivəsində malların (işlərin, xidmətlərin) dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçirilir.
Aparılan müzakirələr zamanı çıxış edən komitənin sədri Azər Əmiraslanov, komitə sədrinin müavini Azər Badamov, üzvləri Vüqar Bayramov, Əli Məsimli, Tahir Mirkişili, Ziyad Səmədzadə, Məşhur Məmmədov, Əlibala Məhərrəmzadə sənəd barədə öz fikirlərini, qeyd və təkliflərini bildiriblər.
İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini Kamran Əhmədov, Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin Rəqəmsal iqtisadiyyat üzrə vergitutma şöbəsinin rəisi Çingiz Musayev qaldırılan məsələlərə aydınlıq gətiriblər.
Komitədə müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda komitənin üzvləri Müşfiq Cəfərov, Aydın Hüseynov, Rövşən Muradov, Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov, Hesablama Palatasının Protokol xidməti və təşkilatı işlər sektorunun müdiri İbiş İbişzadə və digər rəsmi şəxslər iştirak ediblər.
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Oktyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri