“Dövlət satınalmalarının keçirilməsində bəzi hallarda qənaət imkanlarından istifadə edilməyib”
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“Müəyyən edilib ki, dövlət satınalmalarının keçirilməsində bəzi hallarda qənaət imkanlarından istifadə edilməyib, alınmış aktivlər uzun müddət istifadəsiz saxlanılıb və ya digər tərəfin istifadəsinə verilib, funksional fəaliyyətə aid olmayan istiqamətə xərc icra edilib və s. Ümumilikdə səmərəsiz xərclər hesab etdiyimiz məbləğ 157,7 milyon manat olub”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, kənar dövlət maliyyə nəzarətinin digər forması analitik fəaliyyətdir: “2024-cü ilin iş planına əsasən Hesablama Palatası tərəfindən, 1-i məxfilik rejimində olmaqla, 4 analitik fəaliyyət keçirilmiş, burada büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatların debitor və kreditor borcları araşdırılıb, ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının büdcəsinin 2023-cü il üzrə icrası və 2025-ci il üzrə layihəsi təhlil edilib.
Hesabat dövründə tərəfimizdən 4 monitorinq aparılıb, monitorinqlərin əhatə etdiyi auditlər 2023 və 2024-cü illərin audit portfelinə aid olub. Keçirilmiş monitorinqlərlə Kollegiya qərarlarında əks etdirilmiş 18 tədbirin icra vəziyyəti qiymətləndirilib, əksər hissəsinin audit obyektləri tərəfindən icra olunduğu müəyyən edilib…”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Aprel 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















