Icma.az
close
up
RU
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub

Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması, proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanın genişləndirilməsi məqsədilə “Etender.gov.az” portalında bir sıra mühüm yeniliklər tətbiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumata görə, əsas yeniliklərdən biri elektron müqavilə şərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıq satınalma prosesinin başlanğıc mərhələsində elektron müqavilə şərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi və texniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır.

Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlət satınalmalarının vahid internet portalı (https://etender.gov.az/) ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Rəqəmsal dövlət maliyyəsi sisteminin “e-müqavilə” altsistemi (https://rdmis.gov.az/)  arasında inteqrasiya da həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmış satınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar Maliyyə Nazirliyinin sisteminə ötürülür və müqavilələrin imzalanması “e-müqavilə” altsistemi üzərindən həyata keçirilir. Bununla da müqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır. Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlət satınalmalarının vahid internet portalına ötürülür.

Təchizatçı tərəfindən aksept məlumatları, bank hesabı, imza səlahiyyətli şəxs və bildiriş ünvanları “etender.gov.az” vasitəsilə əldə edilir və saxlanılır. Müqavilənin imzalanma mərhələsində bu məlumatlar avtomatik olaraq “e-müqavilə” altsisteminə ötürülür.

Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalan təşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçü vahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraq mənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxil edirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinə çevrilir və dəyişdirilə bilmir.

Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonra müqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatik formalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur. Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiq bildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalib təchizatçıya göndərilməsini təmin edir.

Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanı tərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişlərin göndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalma prosesinin bütün iştirakçılarına bildirişlər (aid olduğu satınalma konkret göstərilməklə) mərkəzləşdirilmiş qaydada və operativ şəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlə tanış olmadan sistemdə fəaliyyətini davam etdirməsi məhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənarda qalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.

Ümumilikdə isə tətbiq edilən bütün yeniliklər dövlət satınalmalarında hesabatlılığın artırılmasına, rəqabət mühitinin gücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə mühüm töhfə verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://marja.az
archiveBu xəbər 17 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri