Icma.az
close
up
RU
Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə

Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Cənab general!

Müstəqil Azərbaycanın dövlət sərhədlərini qoruyan sərhəd xidmətinin bütün əməkdaşlarını Sizin şəxsinizdə peşə bayramınız günü münasibətilə ürəkdən təbrik edir və Dövlət Sərhədi Xidmətində təmsil olunan hər kəsə cansağlığı və xidmətində uğurlar arzu edirik!

Biz yaxşı bilirik ki, Azərbaycan sərhədçiləri müstəqilliyimiz elan olunan gündən bu ana qədər böyük əzmkarlıqla, cəsarət və mərdliklə dövlət sərhədlərimizin keşiyində dayanıblar. Ulu öndərimizin diqqət və qayğısı nəticəsində dövlət sərhədi xidməti formalaşmış və yeni yaranmış bu sahə zamanın tələbinə uyğun olaraq hərbi texniki vasitələrlə təmin edilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Azərbaycan ordusuna, eləcə də dövlət sərhəd xidmətinə göstərdiyi diqqət sayəsində bu gün sərhədçilərimiz dünyanın ən aparıcı dövlətlərinə aid olan avadanlıqlarla, texnika ilə təchiz edilib, sərhədçilərimiz üçün şəhərciklər salınıb. Onların mənzil, məişət məsələləri öz həllini tapıb. Təbii ki, sərhədçilərimiz də həm öz xidmət sahələrində, həm də torpaqlarımızın işğaldan azad edilməsində böyük şücaətlər göstəriblər. Onların qəhrəmanlıqları, şəhid sərhədçilərimizin xatirəsi heç vaxt unudulmayacaq. Onların adları hər zaman yaddaşlarda yaşayacaq və bu gün bu adlar əbədiləşdirilərək tariximizin bir parçasına çevrilir.

Cənab general!

Azərbaycan sərhədçilərinin ölkənin bütün istiqamətlərində xususi il Ermənistan və iranla sərhəddimizdə ayıq-sayıq dayanmaları, suda, havada göstərdikləri peşəkarlıq bir daha bizi əmin edir ki, müstəqil Azərbaycanın dövlət sərhədi etibarlı əllərdədir. Sizin rəhbərliyiniz altında bu sərhədlər ən yüksək səviyyədə qorunur. Bir daha Sizi və bütün sərhədçilərimizi peşə bayramı münasibətilə təbrik edib bildirmək istəyirik ki, Azərbaycan xalqı Ali Baş Komandanına və onun rəhbərliyi altında xidmət keçən bütün əsgər və zabitlərimizə güvənir.

Bayramınız mübarək!

Millət vəkili Aqil Abbas və «Ədalət» qəzetinin kollektivi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Avqust 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri