Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
İyul ayının 27-də Azərbaycan sərhədini qanunsuz şəkildə pozmağa çalışan şəxslər saxlanılıb.
APA xəbər verir ki, bununla bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.
Məlumatda bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri davam еtdirilir.
Baxış sayı:82
Bu xəbər 31 İyul 2025 08:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















