Icma.az
close
up
RU
Dövlət sifarişi ilə bağlı qonorarlar yeni qaydalarla ödəniləcək QƏRAR

Dövlət sifarişi ilə bağlı qonorarlar yeni qaydalarla ödəniləcək QƏRAR

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorarlarının və sair ödənilən haqların miqdarı və verilməsi Qaydaları” yeni redaksiyada təsdiqlənib.
Azpost bildirir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Bu Qaydalar dövlət sifarişi ilə istehsal edilən filmlərin müəlliflərinə ödənilən müəllif qonorarlarının və haqlarının minimum miqdarı və verilməsi qaydalarını müəyyən edir.

Dövlət sifarişi milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və təbliğində, milli kimliyin və vətənpərvərlik ruhunun formalaşmasında əhəmiyyətli rol oynayan, milli kimliyi bədii təsirli forma və obrazlarla nümayiş etdirən, istehsalı dövlət büdcəsindən maliyyələşdirilən filmin yaradılması ilə bağlı münasibətlər, filmin istehsal prosesi – hazırlıq, çəkiliş və filmin işlənilməsi (montaj, tonlaşdırma, səsləndirmə, dublyaj və s.) mərhələlərini özündə ehtiva edən filmin istehsal dövrü, müəllif qonorarı filmin hər bir müəllifinin və ya filmə müəlliflik hüququnun digər şərikli sahiblərinin müəllif müqaviləsinə və ya digər müqaviləyə əsasən filmdən istifadə hüquqlarının verilməsinə görə aldıqları və istifadənin bütün növlərini əhatə edən haqdır.

Filmlərin ədəbi ssenariləri üçün müəlliflik hüquqlarına görə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və ssenarinin orijinallığından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla) Filmin növü Orijinal ədəbi ssenari Dərc olunmuş əsərin motivləri əsasında yazılan ssenari Tammetrajlı bədii film 10,0 4,8

Qısametrajlı bədii film və ya

çoxseriyalı filmlərdə hər bir seriya üçün

 

1,2

 

0,6

Tammetrajlı cizgi filmi 4,0 2,0 Tammetrajlı sənədli film 4,0 3,0 Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün  

1,2

 

1,0

Qısametrajlı cizgi filmi və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün  

1,2

 

1,0

Filmlərin orijinal musiqisinə görə filmlərə musiqi bəstələyən bəstəkarlara ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla) Filmin növü Orijinal musiqi Tammetrajlı bədii film 4,8 Tammetrajlı sənədli film və ya tammetrajlı cizgi filmi 2,0 Qısametrajlı bədii film və ya cizgi filmi, çoxseriyalı filmlərdə hər bir seriya üçün 0,6 Qısametrajlı sənədli film və ya çoxseriyalı filmlərdə hər bir seriya üçün 0,4

Filmin digər müəlliflərinə ödənilən müəllif qonorarının minimum məbləği filmin növündən və həcmindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

(min manatla)

Filmin digər müəllifləri Bədii film Sənədli və ya cizgi film   tammet- rajlı qısametrajlı (hər bir seriya üçün) tammetrajlı (beş və daha çox seriya üçün) qısametrajlı (hər bir seriya üçün) Quruluşçu rejissor 9,0 1,4 4,0 1,0 Quruluşçu operator 7,0 1,0 3,0 0,8 Quruluşçu rəssam 4,0 0,6 2,6 0,5

Bu Qaydalara uyğun olaraq ödənilən müəllif qonorarları dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait çərçivəsində filmin istehsalçısı (prodüseri) tərəfindən filmin çəkilişi üçün müvafiq qaydada təsdiq edilmiş smeta xərcləri üzrə ödənilir. Müəllif qonorarının ödənilməsi şərtləri filmin istehsal prosesinin mərhələlərindən və yerinə yetirilən işin həcmindən asılı olaraq filmin istehsalçısı (prodüseri) ilə filmin müəllifləri arasında bağlanılan müqavilədə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Müəllif qonorarının məbləği müəyyən edilərkən əsərin bədii-ideya səviyyəsi, mövzunun aktuallığı, filmin istehsalı prosesinin mürəkkəbliyi, ssenarinin orijinallığı, filmin müəlliflərinin peşəkarlıq səviyyəsi və xüsusi nailiyyətləri (qanunvericilikdə nəzərdə tutulmuş müvafiq fəxri adlara və ya digər mükafatlara malik olması) və bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin məbləği nəzərə alınır. Bəstəkarın yaratdığı musiqi əsəri filmin rejissor həllinə uyğun gəlmədikdə və başqa bir bəstəkara musiqi sifariş verilməli olduqda, musiqi əsərini hazırlamış bəstəkara müəllif qonorarının ümumi məbləğinin 50 (əlli) faizinə qədəri ödənilir. Filmin müəllifi qismində bir neçə şəxs çıxış etdikdə, hər bir müəllifə ödəniləcək müəllif qonorarının ümumi məbləği yerinə yetirdikləri işə mütənasib olaraq həmin şəxslər arasında bölüşdürülür. Filmin istehsalı prosesində məsləhətçilər tələb olunduqda, filmin istehsalçısı (prodüseri) tərəfindən müvafiq sahə üzrə məsləhətçilər dəvət edilə bilər. Məsləhətçi ilə filmin istehsalçısı (prodüseri) arasında yerinə yetiriləcək xidmətlərə dair mülki-hüquqi müqavilə bağlanılır. Filmin istehsalına yetkinlik yaşına çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslər cəlb edildikdə, görüləcək işlər və ödənişlə bağlı müvafiq mülki- hüquqi müqavilə filmin istehsalçısı (prodüseri) ilə həmin şəxslərin qanuni nümayəndəsi (qəyyumu və ya himayəçisi) arasında bağlanılır. Dövlət sifarişi ilə istehsal edilən filmlərin yaradılma proseslərinə cəlb olunmuş digər yaradıcı heyətinin üzvlərinə ödənilən haqlar filmin istehsalına ayrılan maliyyə vəsaiti çərçivəsində prodüserlə həmin yaradıcı heyətin üzvləri arasında bağlanılmış müqavilə ilə müəyyənləşdirilir.

Dövlət sifarişi ilə film istehsalı üçün filmin müəlliflərinə ödənilən müəllif qonorarlarının məbləğinin bu Qaydalarla müəyyən edilmiş həddən aşağı səviyyədə müəyyənləşdirilməsinə yol verilmir. Dövlət sifarişi ilə istehsal edilən film istehsalçı (prodüser) tərəfindən bir nüsxədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müəyyən etdiyi qaydada Azərbaycan Dövlət Film Fonduna müvafiq daşıyıcıda təhvil verilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Yanvar 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see227

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see212

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see211

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see173

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see160

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see155

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see139

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see138

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see125

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri