Dövlət şirkətlərinin satınalma qaydaları dəyişir
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, eləcə də onların təsisçisi və ya iştirakçısı olduqları digər hüquqi şəxslərin müəyyən maliyyə vəsaitləri hesabına həyata keçirdikləri satınalmalar üçün ayrıca qaydalar müəyyən ediləcək.
Modern.az xəbər verir ki, bununla bağlı “Dövlət satınalmaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikası büdcəsinin vəsaitləri, büdcə ssudaları, subsidiyalar, dövlət zəmanəti ilə alınmış kreditlər, dövlət qrantları və yardımları, habelə büdcədənkənar dövlət fondlarının vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına həyata keçirilən satınalmaların qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Sonda məsələ səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 23 Oktyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















