Dövlət Su Ehtiyatları Agentliyi Kür və bəzi dağ çaylarında son vəziyyəti açıqlayıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 aprel, AZƏRTAC
Kür çayının Zərdab rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 11 santimetr artaraq 893, Sabirabad rayonu ərazisində 7 santimetr artaraq 751, Şirvan ərazisində 16 santimetr artaraq 557, Salyan rayonu ərazisində 20 santimetr artaraq 685, Neftçala rayonu ərazisində isə 4 santimetr artaraq 190 santimetr olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tərtərçayda su sərfi saniyədə 9, Tutqunçayda 7, Həkəriçayda 13, Bəsitçayda 7, Zabuxçayda 4, Bərgüşadçayda 23, Oxçuçayda 14, Levçay 7, Şəlvəçay 3 kubmetrdir.
Bu mövzuda digər xəbərlər:Dövlət Su Ehtiyatları Agentliyi Kür çayında mövcud vəziyyət barədə məlumat yayıb
27 Aprel 2026 10:13
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi avtomobil alır
28 Oktyabr 2025 17:23
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər
23 Noyabr 2024 15:24
Dövlət Ehtiyatları Agentliyi auditor seçir
18 İyun 2025 14:04
Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçib
27 Noyabr 2024 17:17
Baxış sayı:134
Bu xəbər 21 Aprel 2026 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















