Icma.az
close
up
RU
Dövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsi tərəfindən 2024-cü ilin yekunlarına və 2025-ci ildə qarşıda duran vəzifələrə həsr edilmiş geniş tərkibdə müşavirə keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavinləri, Xidmətin İdarə Heyətinin üzvləri, Xidmətə tabeli idarələrin rəhbərləri və Xidmətin mərkəzi aparatının məsul işçiləri iştirak ediblər.

Müşavirədə su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkilərinin qarşısının alınması, əhalinin dayanıqlı içməli su təchizatının həyata keçirilməsi, tullantı sularının axıdılması, kommunal-məişət su təchizatı, əkin sahələrinin su təminatı istiqamətində Xidmət tərəfindən 2024-cü ildə həyata keçirilmiş işlər ətraflı təhlil olunub. Müşavirədə ayrı-ayrı idarə rəhbərlərinin hesabatları dinlənilib, işlərin keyfiyyətinin daha da artırılması üçün müvafiq tapşırıqlar verilib. Ümumilikdə 2024-cü ildə Xidmətin qarşısında qoyulmuş vəzifələrin əsasən icra edildiyi qeyd olunub.

Sonda meliorasiya, irriqasiya, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin normal istismarının təmin edilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, əhalinin dayanıqlı içməli su təchizatının həyata keçirilməsi, tullantı sularının axıdılması, kommunal-məişət su təchizatı, əkin sahələrinin su təminatı sahəsində 2025-ci ildə qarşıda duran məsələlər ətraflı müzakirə edilmiş və bu işlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün müvafiq qərarlar qəbul edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Fevral 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see312

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see271

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see226

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see186

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see185

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see170

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see169

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see167

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see166

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see162

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see162

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see150

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see148

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see146

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri