Icma.az
close
up
RU
Dövlət Su Ehtiyatları Agentliyində yoxlama: nələr ortaya çıxarıldı? FAKTLAR

Dövlət Su Ehtiyatları Agentliyində yoxlama: nələr ortaya çıxarıldı? FAKTLAR

Icma.az, Mia.az saytına istinadən bildirir.

Hesablama Palatası 2025-ci il üzrə İş Planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyində və tabeli qurumlarında dövlət vəsaitindən və digər dövlət əmlakından istifadə, onların idarə edilməsinə dair uyğunluq auditi aparıb.

Mia.az Palataya istinadən xəbər verir ki, auditin əhatə etdiyi illərdə büdcə və qeyri-büdcə vəsaiti hesabına 62,6 milyon manat vəsait xərc edilib.

Yoxlama nəticəsində məlum olub ki, Agentlik büdcə və büdcədənkənar xərcləri düzgün proqnozlaşdırmayıb, 2023-cü ildə bir neçə halda ödənişlərin təyinatını dəyişdilərək xərc edib, 2023-2024-cü illərdə bir sıra hallarda işçilərə artıq əməkhaqqı hesablayaraq ödəyib. İki il ərzində artıq hesablanaraq ödənilən vəsait audit dövrü ərzində büdcəyə bərpa edilib.

Audit zamanı Agentliyin balansında olan nasos stansiyalarına quraşdırılan bir sıra avadanlıqların Forma 2 sənədlərində göstərilən yerlərdə deyil, faktiki olaraq digər nasos stansiyalara quraşdırıldığı, həmçinin Agentliyin və tabe təşkilatların əsas vəsaitlərinin bir hissəsinin yararsız halda olduğu, 37 ədəd subartezian nasosunun quyulara quraşdırıldıqdan sonra balansdan silindiyi müəyyən edilib və həmin nasosların balansda qeydə alınması təmin olunub.

Agentliyin tabeliyindəki içməli su anbarlarına və təmizləyici qurğularına baxış zamanı bəzi hallarda ümumi çıxış sayğaclarının nasaz olduğu, bəzi hallarda isə sayğacların ümumiyyətlə mövcud olmadığı müəyyən edilib. Ümumilikdə, 1 066 288 m3 içməli suyun Agentliyin məlumatlarında qeydiyyatının olmadığı müəyyən edilib.

Audit obyektinin balansında olan su tutarlarında quraşdırılmış 3 ədəd Su Elektrik Stansiyasına elektrik enerjisi almaq üçün su verilib, lakin verilmiş suyun həcminin ölçülmədiyi, elektrik enerjisinin istehsalı ilə bağlı buraxılmış suyun dəyərini aidiyyəti dövlət qurumunun ödəmədiyi müəyyən edilib.

Agentlik Muxtar Respublika ərazisində əkin altında olan torpaqlara suvarma suyunun verilişini icra edib, lakin suvarma suyunun toplanması üçün suvarma şəbəkələrindən götürülən və istifadəçilərinə verilən suyun uçotunun aparılması üçün ölçü cihazlarının, ölçü-nəzarət sisteminin olmaması müəyyən edilib.

Muxtar Respublikada içməli su şəbəkəsinə sayğac quraşdırılıb və su satışı həyata keçirilib. Audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğunun fəaliyyət göstərməməsinə baxmayaraq bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.

Audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablamalar həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub.

Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu, həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunub və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.

Agentlik balansında olan iri su tutarları və hövzələri istisna olmaqla qalan digər meliorasiya və irriqasiya sistemlərinin pasportlaşdırılmasını həyata keçirməyib.

"Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı" ASC-nin Su Təmir-Tikinti İdarəsi ilə təchizadçı arasında Qaraçuq 1 nasos stansiyasının ərazisində Araz su anbarından qidalanan yeni nasos stansiyasının tikintisi üçün avadanlıq və mal-materialların alışı məqsədilə 6 437 962 manat məbləğində bağlanmış 16 iyun 2022-ci il tarixli müqaviləyə əsasən alınmış avadanlıq və malların mövcudluğuna baxış keçirilən zaman İdarənin bu avadanlıq və malların əksər hissəsinin adları, texniki göstəriciləri, sayı və s. barədə birbaşa sifarişçi olmaması səbəbindən məlumatsız olduqları müəyyən edilib. Həmçinin yuxarıda qeyd olunan avadanlıq və mal-materialların alışı üzrə müqavilənin şərtinə əsasən təchiz edilmiş avadanlıq və malların istehsalçı və təchizatçı tərəfindən mövcud olan nasazlıqlar, çatışmazlıqlar, fiziki qüsurlar və s. aradan qaldırılması üçün tanınan müddət bitib.

Agentlik dövlət satınalmaları ilə bağlı qanunvericiliyin tələblərinə bir sıra hallarda riayət etməyib.ş ilkin satınalma planı hazırlanaraq təsdiq edilməyib, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib, 2023-cü ildə 7 halda 132 615 manat dəyərində satınalmalar həyata keçirilərkən razılıq alınmadan birbaşa müqavilə bağlanılıb, bəzi hallarda satınalmalar hissələrə bölünərək satınalmalar həyata keçirilib. Ehtimal olunan qiymətlərin müəyyən edilməməsi və ya düzgün müəyyən olunmaması, habelə müqavilələrin icrası üzrə nəzarət mexanizmlərinin təkmil olmaması dövlət vəsaitinin artıq istifadəsinə yol açıb. 2024-cü ildə tikinti materiallarının satınalınması üçün 257 001 manat dəyərində açıq tenderin keçirilməsinə dair müqavilə bağlanılıb, vəsaitin ödənişi tam həyata keçirilib, lakin 7 adda 41 987 manat dəyərində avadanlıq göndərilməyib və ya yararsız olduğu üçün geri qaytarılıb. Audit dövründə həmin avadanlıqlar təchizatçıdan tələb olunaraq bərpa olunub

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək nöqsanların aradan qaldırılması istiqamətində əməyin ödənişi, yanacaq üzrə artıq xərclərin, həmçinin xüsusi texnikaların icarəyə verilməsi üzrə ödənilməyən vəsaitin, habelə texnika və avadanlıqların utilizasiyasının həyata keçirilməsi nəticəsində yaranan vəsaitin müvafiq qaydada bərpasını, avadanlıqların və ehtiyatların müvafiq qaydada təhvil verildiyini, xərcə silinən əsaslı xərclərin kapitallaşdırılaraq balansda əks etdirildiyini nəzərə alıb, yerinə yetirilən işlərin düzgün rəsmiləşdirilməsi, aktivlərin müvafiq hesabatlarda düzgün tanınması və s. tədbirlərin görülməsi barədə qərar qəbul edib. Eyni zamanda, aşkar edilmiş məsələlərlə əlaqədar səlahiyyətlərinə uyğun tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti qurumlara məlumatların göndərilməsi qərara alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://mia.az
archiveBu xəbər 26 Sentyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see229

Zelenskidən dünyaya vacib MESAJ

24 Sentyabr 2025 18:08see176

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see175

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see170

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see153

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see149

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see141

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see133

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see129

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see128

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see125

Zelenski BMT Baş Assambleyasında çıxışını yekunlaşdırıb

24 Sentyabr 2025 18:36see124

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see123

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see122

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see121

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Sürücü yük maşınında intihar etdi VİDEO

24 Sentyabr 2025 18:37see116

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri