Icma.az
close
up
RU
Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti Naxçıvanda FOTOLAR

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti Naxçıvanda FOTOLAR

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

23–24 aprel tarixlərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Agentliyin sədrinin birinci müavini Xəyyam Məmmədovun, sədr müavini İlham Bayramovun, Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyevin və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədr vəzifəsini müvəqqəti icra edən Tahir Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublika ərazisindəki mühüm su təsərrüfatı obyektlərinə baxış keçirib.

Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Hakimiyyətinin rəhbər şəxslərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

İclas zamanı “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması Qaydası”nın mahiyyəti, proseslərin optimallaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görüləcək tədbirlər müzakirə edilib. 

Bununla yanaşı, Agentlik tərəfindən hazırlanan “Elektron Su” (e-su.az) portalının təqdimatı da keçirilib.

İclasın yekununda, Naxçıvan Muxtar Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında idarə kollektivi ilə görüş keçirilib. Görüş zamanı idarənin fəaliyyəti, mövcud texniki və təşkilati məsələlər, o cümlədən qarşıdakı dövr üçün prioritet istiqamətlər müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Aprel 2025 20:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri